SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev türk nazirlə ermənilərin vurduğu ziyanı müzakirə edib

© Official website of President of Azerbaijan RepublicPrezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumu qəbul edib
Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumu qəbul edib - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Abunə olmaq
BAKI, 12 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumu qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, nazir Murat Kurum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Görüşdə ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin ölkəmizə səfərinin Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.
Söhbət zamanı işğal dövründə ermənilərin Azərbaycan torpaqlarında təbiətə böyük ziyan vurması, meşələri kütləvi sürətdə qırması, çayları çirkləndirməsi barədə danışıldı.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Eləcə də oxuyun:
* İlham Əliyev Cəbrayılda: "Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi"
* Qarabağda yaşıllığın yenidən bərpası üçün maliyyə ayrılacaq
* Cəbrayılda əsasən elektrikli nəqliyyat vasitələri işləyəcək
* Azərbaycan məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni model təqdim edəcək
Xəbər lenti
0