https://sputnik.az/20211012/ki-yuz-manat-getir-itini-doyusdur-goygolde-it-doyusunun-teskilatcilari-saxlanildi-434148353.html
İki yüz manat gətir, itini döyüşdür: Göygöldə it döyüşünün təşkilatçıları saxlanıldı
İki yüz manat gətir, itini döyüşdür: Göygöldə it döyüşünün təşkilatçıları saxlanıldı
Sputnik Azərbaycan
Polis əməkdaşlarının qısa zamanda həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində it döyüşündən çəkilmiş videogörüntülərin Göygöl rayonunda qeydə... 12.10.2021, Sputnik Azərbaycan
2021-10-12T21:06+0400
2021-10-12T21:06+0400
2021-10-12T21:16+0400
cəmiyyət
it
gəncə
sahibsiz it
https://cdnn1.img.sputnik.az/img/42405/74/424057415_0:161:3071:1888_1920x0_80_0_0_a74ce770f3d84b897a41e331833f25f9.jpg
BAKI, 12 oktyabr - Sputnik. Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən it döyüşlərinin təşkil edildiyini əks etdirən videogörüntülər paylaşılıb. Bununla bağlı məsələ dərhal Daxili İşlər Nazirliyi (DİN) tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün müvafiq göstərişlər verilib.DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan xəbərə görə, polis əməkdaşlarının qısa zamanda həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərin Göygöl rayonunda qeydə alındığı müəyyən edilib.Tədbir zamanı həmin it döyüşləri təşkil edən Gəncə şəhər sakini Rəşad Ələsgərov, eləcə də digər 4 nəfər – Hüsey Mirzəyev, Vasif Ələsgərov, Hüseyn Məmmədov və Yasin Qarayev saxlanılıblar. Həmin şəxslər izahatlarında Göygöl rayonu ərazisində qeyd edilən döyüşləri təşkil etdiklərini və orada iştirak etmək üçün hər bir itin sahibindən 200 manat pul aldıqlarını bildiriblər.Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri əmələ hüquqi qiymət verilməsi üçün onlar barəsində toplanan materiallar məhkəmə orqanlarına göndəriləcək. Həmin it yarışında iştirak edən digərlərinin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.Həmçinin oxuyun:* İtləri bir-birlərinə yedirdənlərin kimliyi məlum oldu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42405/74/424057415_170:0:2901:2048_1920x0_80_0_0_b053a8d7b26454166df81bd05f489b89.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
it, gəncə, sahibsiz it
İki yüz manat gətir, itini döyüşdür: Göygöldə it döyüşünün təşkilatçıları saxlanıldı
21:06 12.10.2021 (Yenilənib: 21:16 12.10.2021) Polis əməkdaşlarının qısa zamanda həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində it döyüşündən çəkilmiş videogörüntülərin Göygöl rayonunda qeydə alındığı müəyyən edilib.
BAKI, 12 oktyabr - Sputnik. Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən it döyüşlərinin təşkil edildiyini əks etdirən videogörüntülər paylaşılıb. Bununla bağlı məsələ dərhal Daxili İşlər Nazirliyi (DİN) tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün müvafiq göstərişlər verilib.
DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan xəbərə görə, polis əməkdaşlarının qısa zamanda həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərin Göygöl rayonunda qeydə alındığı müəyyən edilib.
Tədbir zamanı həmin it döyüşləri təşkil edən Gəncə şəhər sakini Rəşad Ələsgərov, eləcə də digər 4 nəfər – Hüsey Mirzəyev, Vasif Ələsgərov, Hüseyn Məmmədov və Yasin Qarayev saxlanılıblar. Həmin şəxslər izahatlarında Göygöl rayonu ərazisində qeyd edilən döyüşləri təşkil etdiklərini və orada iştirak etmək üçün hər bir itin sahibindən 200 manat pul aldıqlarını bildiriblər.
Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri əmələ hüquqi qiymət verilməsi üçün onlar barəsində toplanan materiallar məhkəmə orqanlarına göndəriləcək. Həmin it yarışında iştirak edən digərlərinin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.