DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin süni intellekt sahəsində ABŞ-a qalib gəlib

© AP Photo / Alastair GrantXaker
Xaker - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Abunə olmaq
ABŞ-ın süni intellekt sahəsindəki ləng inkişafına görə istefa edən Nikolas Kaillan deyib ki, ABŞ-ın kibertəhlükəsizliklə məşğul olan departamentləri hələ uşaq bağçası səviyyəsindədirlər.
BAKI, 12 oktyabr — Sputnik. Çin süni intellekt sahəsindəki müharibədə ABŞ-a qalib gəlib və qlobal liderlik istiqamətində irəliləyir. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bunu Pentaqonun proqram təminatı departamentinin keçmiş rəhbəri Nikolas Kaillan deyib.
O bildirib ki, yaxın on il ərzində dünyanın ikinci böyük iqtisadiyyatına sahib Çinin süni intellektlə bağlı dominantlığına şahid olacağıq. ABŞ-ın süni intellekt sahəsindəki ləng inkişafına görə istefa edən Nikolas Kaillan deyib ki, bu, ölkəni təhlükəyə atır:

"Bizim qarşıdakı 15-20 il ərzində Çinlə rəqabət üçün şansımız olmayacaq. Çin media da daxil olmaqla geosiyasi anlamda hər şeyi nəzarətdə saxlayacaq. Zəif inkişafın səbəbi "Google" kimi şirkətlərin ABŞ hökuməti ilə əməkdaşlıqdakı istəksizlikləri və bu sahədəki etik məsələlərlə bağlı müzakirələrdir".

"Google" iş saatları olmadığı üçün məsələyə münasibət bildirməyib.
"Çin şirkətləri hökumətlə bu sahədə sıx əməkdaşlıq edir. ABŞ-ın kibertəhlükəsizliklə məşğul olan departamentləri isə bu mövzuda hələ uşaq bağçası səviyyəsindədir", - deyə Kaillan bildirib.
Xəbər lenti
0