Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

BMT-nin xidməti avtomobili Qaxda qəzaya düşüb: Xəsarət alanlar var

© Sputnik / Shahperi AbbasovaQax rayonunun girişi, arxiv şəkli
Qax rayonunun girişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Abunə olmaq
Qəza nəticəsində motosikletdə olan iki nəfər - Qax rayonunun Əmbərçay kənd sakinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
BAKI, 12 oktyabr - Sputnik. Qax rayonunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinə məxsus "Toyota Camry" markalı avtomobil qəzaya düşüb.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə axşam saatlarında şəhərin mərkəzi hissəsində qeydə alınıb.
Belə ki, "Toyota Camry" markalı 076-D-001 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə motosiklet toqquşub.
Nəticədə motosikletdə olan iki nəfər - Qax rayonunun Əmbərçay kənd sakinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0