Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabir Rüstəmxanlı ölkədəki bahalaşmaya etiraz edib

© Sputnik / Murad OrujovSabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Deputat təklif edib ki, qiymət artımı ilə bağlı parlamentdə ayrıca dinləmə keçirsinlər və əhalinin real gəliri ilə qiymətlərin artmasının uyğun olub-olmadığını bilsinlər.
BAKI, 11 oktyabr — Sputnik. Millət vəkili Sabir Rüstəmxanlı qiymət artımı ilə bağı parlamentdə dinləmə keçirilməsini təklif edib.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı müxtəlif sahələrdə baş verən bahalaşmaya etiraz edib:
"Bu, əhalini ciddi narahat edir. Ölkədə bahalaşma ildırım sürəti ilə gedir. Benzin qalxan kimi hər şey qalxır. Təklif edirəm ki, bu məsələ ilə bağlı parlamentdə ayrıca dinləmə keçirək və bilək ki, əhalinin real gəliri ilə qiymətlərin artması uyğundur ya yox".
Xəbər lenti
0