Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İranda baş verən iki avtomobil qəzasında 11 nəfər ölüb

© Sputnik / Rahim MammadovAvtomobil qəzası, arxiv şəkli
Avtomobil qəzası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Hər iki hadisədə ölən və yaralananlar İrana qanunsuz yollarla daxil olmuş əcnəbi vətəndaşlar olub.
BAKI, 11 oktyabr - Sputnik. İranda gün ərzində iki ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, hər iki hadisə Sistan və Bəluçistan əyalətinin Sarvan-Xaş maqistral yolunda qeydə alınıb.
Baş verən birincı qəzada 6 nəfər ölüb, 28 nəfər yaralanıb. İkinci yol-nəqliyat hadisəsi zamanı isə 5 nəfər dünyasını dəyişib, 21 nəfər yaralanıb.
Yaralılar Xaş şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Hər iki hadisədə ölən və yaralananlar İrana qanunsuz yollarla daxil olmuş əcnəbi vətəndaşlar olub.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала