CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisdə "Müstəqillik Günü haqqında"qanun layihəsi müzakirəyə çıxarılıb

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilir. İclasın gündəliyinə 2 məsələ daxil edilib
BAKI, 11 oktyabr — Sputnik. Milli Məclisin plenar iclası keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib.
Həmin məsələlər bunlardır:
1. "Müstəqillik Günü haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında.
Qeyd edək ki, "Müstəqillik Günü haqqında"qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü elan ediləcək, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan ediləcək, Müstəqillik Günü və Müstəqilliyini Bərpası Günü hər il bayram kimi qeyd olunacaq.
Xəbər lenti
0