Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Millət vəkili hamilə qadınların COVID-19-a qarşı peyvənd olunmasını təklif edib

© Sputnik / Murad OrujovAzərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov
Azərbaycan Milli Məclisinin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, tanıdığı hamilə qadın COVID pasportu olmaması səbəbindən tələbə hüququndan imtina etməli olub.
BAKI, 11 oktyabr — Sputnik. Deputat hamilə qadınların COVID-19-a qarşı peyvənd olunmasını təklif edib.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, cəmiyyəti son günlərdə narahat edən məsələlərdən biri peyvəndləmədir. Peyvəndlərin vacibliyi hər kəsə bəllidir. Xüsusən tədris müəssisələrində şəxslərin peyvənd olunması mühümdür. Lakin xoş olmayan bir hal var ki, hamilə və ya süd verən qadınların universitetə girişi üçün problemlər yaşanır.
R.Mahmudov bildirib ki, hamilə və ya uşağa süd verən ananın universitetə daxil olması üçün onlardan ya COVID pasportu, ya da əks-göstəriş sənədi tələb olunur:
"Hamilə qadınlar və uşağa süd verən analar peyvənddən imtina etdiyi üçün onlara əks-göstəriş sertifikatı da vermək mümkün deyil. Belə bir xoşagəlmız hal yaranıb. Hətta tanıdığım bir şəxs bu problem səbəbindən tələbə hüququndan imtina edib. Hamilə qadınların peyvənd olunmasına əks-göstəriş yoxdur, amma onları məcbur da edə bilmərik. Ona görə də həmin insanların universitetlərə daxil olmaları üçün hansısa formada şərait yaradılmalıdır və ya bu anlaşılmaz vəziyyətə aydınlıq gətirilməlidir".
Həkim-deputat əlavə edib ki, dünyada hamilə qadınların peyvənd olunmasının əks-göstəriş yaratmadığı sübuta yetirilib. Aancaq bizdə əks-göstəriş sertifikatı verirlər.
Xəbər lenti
0