Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Gözlənilən an gəldi: Bakı Zooparkı yenidən ziyarətçilərinin yolunu gözləyir

Abunə olmaq
Hər gün yüzlərlə insan Yeni Bakı Zooparkına axın edir. Böyüklər də, uşaqlar da çoxdan gözlənilən yeni zooloji parkı öz gözləri ilə görmək istəyirlər. Ətraflı videoda.
Oktyabrın 7-də Bakı Zooloji Parkının təmirdən sonra açılışı olub.
Parkın icraçı direktoru Nəzakət İsayeva jurnalistlərə müsahibəsində bildirib ki, burada kassalar hər gün səhər saat 10-dan axşam 17:30-a kimi açıq olacaq. Biletlərin qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazilər və övladları, I-II-III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. Həmçinin 3 yaşa qədər uşaqlar zooparkı pul ödəmədən dolaşa biləcəklər.
İcraçı direktor əlavə edib ki, zooparkın ərazisindəki qapalı məkanlara, akvaterrariuma və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq.
Hal -hazırda zooparkda 125 heyvan növü yaşayır, onlardan 22-si Qırmızı Kitaba daxil edilib. Zooparka daxil olmaq üçün piyada və ya şüşəli liftdən istifadə edə bilərsiniz.
Müxtəlif sürünənlər və suda -quruda yaşayanlar - kərtənkələlər, ilanlar, tısbağalar, timsahlar və s. üçün geniş və gözəl bir evə çevrilən zooparkın ərazisində yeni bir akvaterrarium yaradılıb.
Müxtəlif balıqların məskunlaşdığı mini okeanarium da var onları burada seyr etmək çox xoşdur.
Amur pələngini , timsahları, aslanları, alpakaları, ayıları, tülküləri və digər heyvanları görmək üçün şübhəsiz ki, yeni zoopark təkrar-təkrar qayıtmaq istəyəcəyiniz bir yer olacaq.
Xəbər lenti
0