Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ermənistan və İranın Azərbaycana qarşı hərəkətləri Milli Məclisdə etiraz doğurub

© Sputnik / Murad OrujovMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Deputat Asim Mollazadə deyib ki, Njdenin dəyərləri ilə yaşayanlar və onların müqəddəs dinimizdən öz məkrli məqsədləri üçün istifadə edən qardaşları Azərbaycanda ən müasir sistemin formalaşmasından çox narahatdırlar.
BAKI, 11 oktyabr - Sputnik. Vətən Müharibəsindəki qələbəmiz təsdiq etdi ki, Azərbaycan dövləti öz inkişafının zirvə nöqtəsindədir.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə parlamentin bu gün keçirilən iclasında "Müstəqillik Günü haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Mütləq bütün dünyaya çatdırmalıyıq ki, bizim dövlətimiz hansı dəyərlər əsasında qurulub və bizə ruh verən hansı amillər mövcuddur. 1918-ci ildə bütün müsəlman və türk Şərqində birinci dünyəvi dövlət qurulub. Onun parlamenti çoxpartiyalı sistem üzrə, ölkədə yaşayan bütün etnik qrupların təmsilçilərinin iştirakı ilə formalaşıb. Bu dövlət ABŞ-dan, Avropanın bir sıra ölkələrindən daha qabaq qadınlara siyasi hüquqlar, seçib-seçilmək hüququ verib. Bizim birinci dövlətimiz çox mühüm və işıqlı dəyərlər üzərində qurulub” – deyən millət vəkili Əli bəy Hüseynzadənin ideyaları əsasında yaradılmış üçrəngli bayrağımızın da əslində bu dəyərlərin rəmzini dünyaya nümayiş etdirdiyini qeyd edib.

“Bəli, biz müsəlmanıq, biz türkük, biz çağdaşıq. Bu işıqlı yolu rəhbər tutan Mustafa Kamal Paşa da eyni dəyərlər üzərində Türkiyə cümhuriyyətini qurub. Azərbaycan dövlətinin saldığı işıq İslam və türk dövlətlərinin gələcək inkişafı üçün çox mühüm rol oynayıb”, - deyə Asim Mollazadə ölkəmizin təhlükəli qüvvələrin hədəfinə çevrilməsinə də toxunub. Qeyd edib ki, Qaregin Njdenin dəyərləri ilə yaşayan qüvvələr, onların müqəddəs dinimizdən öz məkrli məqsədləri üçün istifadə edən qardaşları (İran nəzərdə tutulur-red.) Azərbaycanda ən müasir sistemin formalaşmasından çox narahatdırlar.

“Bəli, biz müsəlmanıq, biz türkük, biz çağdaşıq. Bu işıqlı yolu rəhbər tutan Mustafa Kamal Paşa da eyni dəyərlər üzərində Türkiyə cümhuriyyətini qurub. Azərbaycan dövlətinin saldığı işıq İslam və türk dövlətlərinin gələcək inkişafı üçün çox mühüm rol oynayıb”, - deyə Asim Mollazadə ölkəmizin təhlükəli qüvvələrin hədəfinə çevrilməsinə də toxunub. Qeyd edib ki, Qaregin Njdenin dəyərləri ilə yaşayan qüvvələr, onların müqəddəs dinimizdən öz məkrli məqsədləri üçün istifadə edən qardaşları (İran nəzərdə tutulur-red.) Azərbaycanda ən müasir sistemin formalaşmasından çox narahatdırlar.
© Photo : Social media page of Asim MollazadeAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Asim Mollazadə
“Azərbaycan dövləti qurularkən bizə böyük dəstəyi olan türk qardaşlarımızı, Qafqaz İslam Ordusunu da unutmamalıyıq. İlk respublikamızı Anadoludan olan qardaşlarımızın köməyi ilə qura və qısa müddət də olsa, yaşada bildik. Çox təəssüf ki, kommunist, bolşevik, totalitar işğalı bizim dövlətin müstəqilliyinə son qoydu. Zəngəzuru Azərbaycandan qopardı. Qarabağda hansısa Dağlıq Qarabağ Muxtar Vilayəti yaratdı. Bütün bunlar bizim tariximizin çox acı səhifələridir. Lakin 1991-ci ilin oktyabrında, hələ Sovet İttifaqının mövcud olduğu bir dövrdə öz müstəqilliyini bərpa etdi. Aradan uzun zaman keçməsinə baxmayaraq, Azərbaycan dövləti yenə də öz dəyərlərinə sadiqlik nümayiş etdirərək çağdaş dövlətini bərpa etdi”, - A.Mollazadə əlavə edib.
Torpaqlarımız işğaldan azad ediləndən sonra “Böyük qayıdış” planını müzakirə etdiyimizi vurğulayan millət vəkili deyib ki, bu plan dünyanın ən müasir elmi nailiyyətlərini, ətraf mühitə ciddi diqqətlə yanaşılmasını ehtiva edir:
“Ağıllı şəhələr, ağıllı kəndlər qurulur. Azərbaycan vətəndaşları öz torpaqlarına qayıdarkən yeni iqtisadi sistemdə yaşayacaqlar. Bu, bizim üçün şans yaradır ki, Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoysun. Bizim ölkədə islahatlar davam edəcək və bu, ölkənin iqtisadi sistemini tam əhatə edəcək. Azərbaycan öz dəyərlərini inkişaf etdirmək, müasir dövlət qurmaq, demokratik sistemi formalaşdırmaq, məmur özbaşınalığının qarşısı almaq üçün böyük işlər görməlidir.
Biz çalışmalıyıq ki, hər bir Azərbaycan vətəndaşı nümunəvi dövlətin nümunəvi vətəndaşına çevrilsin. Bu, bizim xalqımızın, dövlətimizin qarşısında duran çox mühüm hədəflərdir. Mən əminəm ki, Azərbaycan xalqı bu hədəflərə çatacaq. 21-ci əsrin əvvəllərində belə bir dəyərlərə əsaslanan dövləti qurmağa qadir olan Azərbaycan xalqı, öz dövlətini bundan sonra da dünyanın ən müasir dünyəvi dövlət sisteminə çevirə biləcək”.
“Çətin yoldur, amma bu yolu Azərbaycan xalqı uğurla keçəcək. Qarabağın yeni sistemdə formalaşması bu inkişafın qarantıdır”, - deyə Asim Mollazadə çıxışını yekunlaşdırıb.
Xəbər lenti
0