https://sputnik.az/20211011/enerji-techizati-ile-bagli-sikayetler-iii-rubde-11-artib-434100124.html
Enerji təchizatı ilə bağlı şikayətlər III rübdə 11% artıb
Enerji təchizatı ilə bağlı şikayətlər III rübdə 11% artıb
Sputnik Azərbaycan
Bu ilin III rübündə Azərbaycanda abunəçilərin elektrik enerjisi ilə təchizatı ilə bağlı Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinə (EMTA) bilavasitə və... 11.10.2021, Sputnik Azərbaycan
2021-10-11T23:08+0400
2021-10-11T23:08+0400
2021-10-11T23:08+0400
enerji
iqtisadiyyat
təchizat
artım
qanunsuz
şikayət
transformator
qurğu
https://cdnn1.img.sputnik.az/img/07e5/09/14/427971884_0:224:2847:1825_1920x0_80_0_0_6ca9bbb7b7ab62401e58be1e79945b1d.jpg
BAKI, 11 oktyabr — Sputnik. Bu ilin III rübündə Azərbaycanda abunəçilərin elektrik enerjisi ilə təchizatı ilə bağlı Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyinin xətti ilə 92-si məlumat xarakterli olmaqla 1494 müraciət daxil olub.Sputnik Azərbaycan xəbər verir ki, bu, II rüblə müqayisədə 145 müraciət və yaxud 11% çoxdur.Belə ki, III rüb ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına verilmiş istismara buraxılış aktlarının sayı II rüb ilə müqayisədə 6,4% azalaraq 59 akt təşkil edib;- Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının ekspertizadan keçirilərək razılaşdırılmış layihə sənədlərinin sayı II rüb ilə müqayisədə 8,3% artaraq 78 təşkil edib;- III rübdə aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid sənədin razılaşdırılmasından imtinaların sayı II rüb ilə müqayisədə 23% azalaraq 13 sənəd, qaz qurğularına aid sənədin razılaşdırılmasından imtinaların sayı isə 21% azalaraq 15 sənəd təşkil edib;- III rübdə razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazələrin sayı II rüb ilə müqayisədə 33 % azalıb və 109 icazə təşkil edib;- III rübdə qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı II rüb ilə müqayisədə 15% azalıb və 706 tikinti obyekti təşkil edib;- III rübdə qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 2, elektrik şəbəkəsinə isə 4 qeyri-qanuni qoşulma faktı aşkar edilib;- III rübdə 17 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğaclar kompüterlə oxunub;- III rüb ərzində tərtib edilmiş inzibati xəta haqqında protokolların sayı II rüb ilə müqayisədə 72% azalaraq 12, protokollar üzrə qəbul edilən qərarların sayı isə 65% azalaraq 28 olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/14/427971884_57:0:2788:2048_1920x0_80_0_0_e6271e260bee0c73d56319e05dea45a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
enerji, təchizat, artım, qanunsuz, şikayət, transformator, qurğu
enerji, təchizat, artım, qanunsuz, şikayət, transformator, qurğu
Enerji təchizatı ilə bağlı şikayətlər III rübdə 11% artıb
Bu ilin III rübündə Azərbaycanda abunəçilərin elektrik enerjisi ilə təchizatı ilə bağlı Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyinin xətti ilə 92-si məlumat xarakterli olmaqla 1494 müraciət daxil olub
BAKI, 11 oktyabr — Sputnik. Bu ilin III rübündə Azərbaycanda abunəçilərin elektrik enerjisi ilə təchizatı ilə bağlı Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyinin xətti ilə 92-si məlumat xarakterli olmaqla 1494 müraciət daxil olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu, II rüblə müqayisədə 145 müraciət və yaxud 11% çoxdur.
Belə ki, III rüb ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına verilmiş istismara buraxılış aktlarının sayı II rüb ilə müqayisədə 6,4% azalaraq 59 akt təşkil edib;
- Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının ekspertizadan keçirilərək razılaşdırılmış layihə sənədlərinin sayı II rüb ilə müqayisədə 8,3% artaraq 78 təşkil edib;
- III rübdə aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid sənədin razılaşdırılmasından imtinaların sayı II rüb ilə müqayisədə 23% azalaraq 13 sənəd, qaz qurğularına aid sənədin razılaşdırılmasından imtinaların sayı isə 21% azalaraq 15 sənəd təşkil edib;
- III rübdə razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazələrin sayı II rüb ilə müqayisədə 33 % azalıb və 109 icazə təşkil edib;
- III rübdə qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı II rüb ilə müqayisədə 15% azalıb və 706 tikinti obyekti təşkil edib;
- III rübdə qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 2, elektrik şəbəkəsinə isə 4 qeyri-qanuni qoşulma faktı aşkar edilib;
- III rübdə 17 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğaclar kompüterlə oxunub;
- III rüb ərzində tərtib edilmiş inzibati xəta haqqında protokolların sayı II rüb ilə müqayisədə 72% azalaraq 12, protokollar üzrə qəbul edilən qərarların sayı isə 65% azalaraq 28 olub.