https://sputnik.az/20211011/ceyhun-bayramov-bosniya-ve-herseqovinanin-reyaset-heyetinin-uzvu-milorad-dodikle-gorusub-434119449.html
Ceyhun Bayramov Bosniya və Herseqovinanın Rəyasət heyətinin üzvü Milorad Dodiklə görüşüb
Ceyhun Bayramov Bosniya və Herseqovinanın Rəyasət heyətinin üzvü Milorad Dodiklə görüşüb
Sputnik Azərbaycan
Tərəflər Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. 11.10.2021, Sputnik Azərbaycan
2021-10-11T22:56+0400
2021-10-11T22:56+0400
2021-10-11T23:06+0400
siyasət
görüş
xin
bosniya və herseqovina
qoşulmama hərəkatının nazirlər konfransı
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0b/434119777_0:27:1233:720_1920x0_80_0_0_a46599c27e5e13c7bf6a0b1e8e46143b.jpg
BAKI, 11 oktyabr - Sputnik. Oktyabrın 11-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yülsək səviyyəli görüş çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodik ilə görüşüb.Görüşdə tərəflər Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb.Nazir Ceyhun Bayramov keçmiş münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə Bosniya və Herseqovinanın hər zaman dəstək verdiyini məmnunluqla qeyd edib.Milorad Dodik COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycanın göstərdiyi yardıma görə təşəkkürünü ifadə edib.Görüşdə tərəflər qarşılıqlı şəkildə səfirliklərin açılması prosesinin sürətləndirilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyini vurğulayıblar.Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0b/434119777_0:0:1093:820_1920x0_80_0_0_740085e87e009ed1ab46ed51c2e4b9c7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
görüş, xin, bosniya və herseqovina, qoşulmama hərəkatının nazirlər konfransı
görüş, xin, bosniya və herseqovina, qoşulmama hərəkatının nazirlər konfransı
Ceyhun Bayramov Bosniya və Herseqovinanın Rəyasət heyətinin üzvü Milorad Dodiklə görüşüb
22:56 11.10.2021 (Yenilənib: 23:06 11.10.2021) Tərəflər Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
BAKI, 11 oktyabr - Sputnik. Oktyabrın 11-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yülsək səviyyəli görüş çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodik ilə görüşüb.
Görüşdə tərəflər Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov keçmiş münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə Bosniya və Herseqovinanın hər zaman dəstək verdiyini məmnunluqla qeyd edib.
Milorad Dodik COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycanın göstərdiyi yardıma görə təşəkkürünü ifadə edib.
Görüşdə tərəflər qarşılıqlı şəkildə səfirliklərin açılması prosesinin sürətləndirilməsinin münasibətlərin daha da inkişafına təkan verəcəyini vurğulayıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.