https://sputnik.az/20211011/bagli-qapilari-acan-qazi---usta-behercin-434073030.html
Bağlı qapıları açan qazi - usta Bəhərçin
Bağlı qapıları açan qazi - usta Bəhərçin
Sputnik Azərbaycan
Ən təhlükəli işlərdən biri də açar ustası, çilingər olmaqdır. Gedəcəyin ünvanda səni hansı sürprizlər gözləyə bilər, öncədən proqnoz vermək mümkünsüzdür. Açar... 11.10.2021, Sputnik Azərbaycan
2021-10-11T09:30+0400
2021-10-11T09:30+0400
2021-10-11T12:45+0400
açar
cəmiyyət
usta
qarabağ qazisi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/07/433979444_0:0:3072:1728_1920x0_80_0_0_3137adbf8930204fdcc88a60b9c6ee92.jpg
BAKI, 11 oktyabr — Sputnik. Bağlı qapıları açmaq, bunu bacarmaq hər adamın işi deyil. Tanımadığın insanların qapısını açmaq həm də böyük məsuliyyət tələb edir. Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti 56 yaşlı Bəhərçin Mustafayevdir.1997-ci ildən açar ustası, həm də çilingər kimi çalışan Bəhərçin Mustafayev işinin çətinliyi, başına gələn, yaddaqalan hadisələrdən danışaraq deyir ki, çətinliklərə rəğmən o işini sevir:Bəhərçin dayı deyir ki, son bir neçə ildə davam edən bahalaşma bu sahədə də özünü göstərib:Uzun zamandır ki, bu işdə çalışan Bəhəçin dayı üçün bəzən elə hər günün bir yaddaqalan hadisəsi olur:Bir qapını açmaq üçün ən azı 2 qonşunun şahid olması vacibdir:Bəhərçin dayının sözlərinə görə, ona oğurluq məqsədi ilə müraciət edənlər də olub:Yumor hissi güclü olan Bəhərçin dayı söhbət edə-edə "açarınız tez-tez itsin, tez-tez gələsiz deyərək" sifarişlərini də elə yerindəcə, bir neçə dəqiqə ərzində təhvil verir:Qiymətlər isə 2 AZN-dən başlayır:İllərdir ki, sübh tezdən metronun "Qara Qarayev" stansiyasından "Elmlər Akademiyası"na üz tutan 56 yaşlı həmsöhbətimiz bu işi qonşusundan öyrənərək sevməyə başlayıb. Bu illər ərzində qarşılaşdığı problemlər də az olmayıb:Bütün bunlara baxmayaraq həmsöhbətimiz qazancından qane olduğunu deyir:O deyir ki, Vətən müharibəsi dövründə şəriki ilə birgə müxtəlif insanların da dəstəyi ilə yığışaraq əsgərlərə pay göndərib:Payızın əvvəli olmasına baxmayaraq hava çox soyuqdur, hər kəs bu soyuqda küçədə daha az zaman keçirərək evinə, işinə tələssə də, Bəhərçin dayı burada dayanıb müştərilərini gözləyir...
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/07/433979444_321:0:3052:2048_1920x0_80_0_0_678785f4d2f0f7f320a33eaaec853977.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
açar, usta, qarabağ qazisi
açar, usta, qarabağ qazisi
Bağlı qapıları açan qazi - usta Bəhərçin
09:30 11.10.2021 (Yenilənib: 12:45 11.10.2021) Ən təhlükəli işlərdən biri də açar ustası, çilingər olmaqdır. Gedəcəyin ünvanda səni hansı sürprizlər gözləyə bilər, öncədən proqnoz vermək mümkünsüzdür. Açar ustası Bəhərçin dayı 24 ildir ki, bu məsuliyyətli işlə məşğul olaraq insanalrı öz evlərinə qovuşdurur.
BAKI, 11 oktyabr — Sputnik. Bağlı qapıları açmaq, bunu bacarmaq hər adamın işi deyil. Tanımadığın insanların qapısını açmaq həm də böyük məsuliyyət tələb edir.
Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti 56 yaşlı
Bəhərçin Mustafayevdir.
1997-ci ildən açar ustası, həm də çilingər kimi çalışan Bəhərçin Mustafayev işinin çətinliyi, başına gələn, yaddaqalan hadisələrdən danışaraq deyir ki, çətinliklərə rəğmən o işini sevir:
"Sənətimi həddindən artıq çox sevirəm. İnsanların qapısını açaraq sevinc bəxş etmək çox gözəl bir hissdir. Bu işdə pulu düşünüb işləyən şəxs usta ola bilməz. Usta gərək müştərinin sevgisini qazansın ki, növbəti dəfə də qapısı bağlı alanda, ya açara ehtiyacı olanda sənə müraciət etsinlər".
Bəhərçin dayı deyir ki, son bir neçə ildə davam edən bahalaşma bu sahədə də özünü göstərib:
"Problemlərimiz var... Materialın qiyməti qalxır, açar bahalaşanda gələn-gələn deyir ki, sən də benzinlə işləyirsən? Düşünmürlər ki, dollar bahalaşıbsa, bunun digər bazarlara da təsiri olacaq. Axı material dollarla ölkəyə daxil olur".
Uzun zamandır ki, bu işdə çalışan Bəhəçin dayı üçün bəzən elə hər günün bir yaddaqalan hadisəsi olur:
"Bu 24 ildə çox maraqlı hadisələrlə qarşılaşmışam, gərək bir-bir düşünüb yada salım... Bir dəfə müştəri dövlət idarəsinə aid nömrə nişanlı avtomobildən düşərək mənə yaxınlaşdı, dedi ki, evin qapısını açmaq lazımdır. Demişəm ki, şahidlər lazımdır. Dedi ki, narahat olma, dövlət adamıdır. Qapını açmaq ərəfəsində isə gəliblər ki, bu ev mübahisəlidir. Dərhal "102"ni yığaraq məlumat vermişəm ki, bu adam məni aldadıb. Soruşublar ki, qapını açmamısansa, nə üçün bizə zəng etmisən? Belə qəribə hadisələr də olub".
Bir qapını açmaq üçün ən azı 2 qonşunun şahid olması vacibdir:
"Bir qapını açmaq üçün əsas tələbimiz şəxsiyyət vəsiqəsi deyil. Şəxsiyyət vəsiqəsi evdə qala bilər, adamdır, çıxıb bloka ki, süpürsün, qapı bağlanıb qalıb çöldə. Belə hallar ola bilər. Bu səbəbdən qapını açmazdan öncə 2 qonşunun şahid olmasını tələb edirik. Hətta adam orda kirayədə qalarsa belə, o qapını açmaram. Ola bilər ki, kirayədə yaşayan şəxs aylıq ödənişini verməyib və ev sahibi ilə arasında mübahisə yaranıb, bu cür işlərlə çox qarşılaşmışam. Günlərin bir günü də bir müştəri gəlib deyib ki, bəs qapını çöldən də bağlaya bilirsiz? Nə üçün lazımdır, deyə soruşanda deyib ki, arvadım sözümə baxmır, qapını bağla qoy içəridə acından ölsün. Yəni, bu cür axmaq adamlar da var".
Bəhərçin dayının sözlərinə görə, ona oğurluq məqsədi ilə müraciət edənlər də olub:
"Eləsi olub ki, açarın plastilin üzərindəki eskizini gətirib ki, bunu çıxart. Deyirəm çıxartsam, yarı-yarıya olacaq? O nə deməkdir, deyə soruşanda isə başa salıram ki, məhkəmədə səninlə yanaşı mənə də yarıbayarı iş düşəcək. Açarın kağız üzərində eksizini gətirdikdə də, həmin sifarişi qəbul etməmişəm. Adam gərək işini ehtiyatlı tuta. Bəlkə də bizim işimizdən qorxulu iş yoxdur, amma bu vaxtadək heç bir problem yaşamamışam, üzərimə şər-böhtan atan olmayıb. Yaxşı xatırladım, bir dəfə də "Tarqovu" kimi yerdə evin divarındakı seyfi açmışdım. Seyf açılanda qadın ağlayıb çığırmağa başladı ki, bəs 8 min dolları yoxa çıxıb, seyf bomboşdur. Bundan əlavə qızılları, brilliantları da yox idi. Sən demə, qadın ərindən boşandıqdan sonra əri hər şeyi yığıb aparıb".
Yumor hissi güclü olan Bəhərçin dayı söhbət edə-edə "açarınız tez-tez itsin, tez-tez gələsiz deyərək" sifarişlərini də elə yerindəcə, bir neçə dəqiqə ərzində təhvil verir:
"Müştəri açarı geri qaytaranda, elə bilirəm ki, başımdan qaynar su tökülür. Bəzən zavod materialı buraxanda deffekt olur, bu səbəbdən də belə hallar baş verir".
Qiymətlər isə 2 AZN-dən başlayır:
"Adam var ki, evinə getmişəm, qapısını açmışam, evin vəziyyətini görüb ondan pul almamışam".
İllərdir ki, sübh tezdən metronun "Qara Qarayev" stansiyasından "Elmlər Akademiyası"na üz tutan 56 yaşlı həmsöhbətimiz bu işi qonşusundan öyrənərək sevməyə başlayıb. Bu illər ərzində qarşılaşdığı problemlər də az olmayıb:
"Artıq 24 ildir ki, metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında çalışıram. Bu vaxt ərzində demək olar ki, hamını tanıyıram. Əsas çətinliyim soyuq aylarda olur. Qarşıdan da qış gəlir. Özüm də 1992-ci ildə I Qarabağ müharibəsində qazi olmuşam. Torpağın altında qalmışdım, "Qırmızı Bazar" əməliyyatında mərmi olduğum yerə düşərək torpağı üstümə çevirmişdi. Çox yerimdə qəlpə yaralarım var, bununla bağlı sənədlərim də var, neçə dəfə müraciət etsəm də, əlillik dərəcəsi ala bilməmişəm. Neçə ildir ki, küçənin ortasında işləyirəm. Bu illər ərzində gələn-gələn də deyib ki, buradan yığış. Metronun o üzündən bu üzünə, bu üzündən də o üzünə keçmişəm, axırda da burada qərarlaşmışam. Soyuqdan qorunmaq üçün neçə yerə müraciət etmişəm ki, qalın bir kurtka versinlər. Dostlarımdan biri sağ olsun, səhər-səhər kürəyimi ovxaladı, bir az yaxşılaşdım. Soyuqdan çox pis olmuşdum, heç nəfəs də ala bilmirdim".
Bütün bunlara baxmayaraq həmsöhbətimiz qazancından qane olduğunu deyir:
"Elə gün olub ki, heç 1 manat da qazanmamışam. Amma tələbələr gələn ərəfədə işlərimiz çoxalır, ev sahibləri gələrək kirayə qalan tələbələr üçün adambaşına açar çıxartdırırlar".
O deyir ki, Vətən müharibəsi dövründə şəriki ilə birgə müxtəlif insanların da dəstəyi ilə yığışaraq əsgərlərə pay göndərib:
"Müharibə dövründə 17 reys yardım apardıq. Təbii ki, bu tək öz gücümüzə olmadı. Hər dəfə gedəndə də əsgərlərin ehtiyaclarını soruşurduq. Mən onda gördüm ki, bizim millətdə olan vətənpərvərlik heç yerdə yoxdur. Müharibə yenə də olarsa, gənclərimiz böyük həvəslə gedər. Biri bizim milləti pisləyəndə ona misal çəkirəm, deyirəm baxın, metrodan çıxan birinin halı pisləşən kimi mən öz oturacağımı aparıb verirəm ki, otursun, biri su alıb verir, digəri tez aptekə qaçıb dərman alıb gətirir".
Payızın əvvəli olmasına baxmayaraq hava çox soyuqdur, hər kəs bu soyuqda küçədə daha az zaman keçirərək evinə, işinə tələssə də, Bəhərçin dayı burada dayanıb müştərilərini gözləyir...