Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanlı gənc jurnalist İstanbulda koronavirusdan vəfat edib

Qərənfil - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmiş Nurlan Ağa (Salamov) Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırmış.
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycanlı gənc jurnalist Nurlan Ağa (Salamov) koronavirusdan vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, 25 yaşlı N.Ağa İstanbulda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Mərhumun cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək. Artıq yaxınları bunun üçün Türkiyəyə gediblər.
Qeyd edək ki, o, Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırmış. Xatırladaq ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Allah rəhmət eləsin!
Xəbər lenti
0