Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda ilk dəfə körpənin qida borusu əvəzləndi

© Depositphotos.com / SpotmatikphotoXəstəxana
Xəstəxana - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Doğulandan ağızdan qida qəbul etməyən uşaq əməliyyatdan sonra, 1 ay müddətində qismən ağızdan, qismən də nazik bağırsağa yerləşdirilmiş zondla qidalanıb.
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycanda ilk dəfə yeni doğulmuş körpə üzərində qida borusunun əvəzlənməsi əməliyyatı icra olunub.
Sputnik Azərbaycan xəbər verir ki, qida borusunun fistulsuz atreziyası (qida borusunun böyük qisminin anadangəlmə olmaması) ilə doğulan uşağa yenidoğulan dövrdə uşaq cərrahı Gündüz Ağayev tərəfindən ezafaqo və qastrostomiya əməliyyatı icra olunub.
Məlumata görə, 1 il müddətində mədəyə qoyulan rezin boru ilə qidalanan uşaq 1 yaşında növbəti cərrahi əməliyyat üçün Bakıdakı xəstəxanalardan birinə gətirilib və xəstəyə yenə Rusiyanın tibb elmləri doktoru Gündüz Ağayev tərəfindən qida borusunun əvəzlənməsi əməliyyatı icra edilib.
Bildirilib ki, Azərbaycanda ilk dəfədir belə cərrahi əməliyyat həyata keçirilir.
Mədə arxa divararalığından, ürəyin, aortanın və traxeyanın arxasından boyuna çıxarılaraq, qida borusunun ucu ilə birləşdirilib. Doğulandan ağızdan qida qəbul etməyən uşaq əməliyyatdan sonra, 1 ay müddətində qismən ağızdan qisməndə nazik bağırsağa yerləşdirilmiş zondla qidalanıb. Udmağı öyrəndikdən sonra ağızdan tam qidalandığına görə nazik bağırsağa qoyulmuş zond xaric edilib.
Hazırda həkim nəzarətindədir və vəziyyəti yaxşıdır.
Xəbər lenti
0