https://sputnik.az/20211011/azerbaycan-rusiya-ve-ermenistanin-dini-liderleri-ne-vaxt-gorusecekler-434102309.html
BMT Baş katibi: “Əfqanıstana yardım etməsək, bu, dünyaya baha başa gələcək”
BMT Baş katibi: “Əfqanıstana yardım etməsək, bu, dünyaya baha başa gələcək”
Sputnik Azərbaycan
Quterreş BMT-nin Əfqanıstandakı şəxsi heyətinin təhlükəsizliyini, mühafizəsini təmin etmək barədə “Taliban”la daim əlaqə saxladığını bildirib. 11.10.2021, Sputnik Azərbaycan
2021-10-11T17:22+0400
2021-10-11T17:22+0400
2021-10-11T22:15+0400
dünya xəbərləri
bmt
əfqanıstan
antoniu quttereş
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852371_0:0:3021:1700_1920x0_80_0_0_4985523681ae4b3e9fc8e49f2e8b4521.jpg
BAKI, 11 oktyabr — Sputnik. “Əfqanıstana yardım etməliyik, əks təqdirdə bu, dünyaya baha başa gələcək, narkotik axını və terror şəbəkələrinin sayı artacaq”.APA xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.O, həmçinin, BMT-nin Əfqanıstandakı şəxsi heyətinin təhlükəsizliyini, mühafizəsini təmin etmək, habelə humanitar yardım və maneəsiz giriş məsələləri barədə “Taliban”la daim əlaqə saxladığını bildirib."Bu müəyyən bir məqamdır. Əfqanlara bu fırtınanın öhdəsindən gəlməyə kömək etmək etməsək, nəinki onlar, dünya dövlətləri bunun əziyyətini çəkəcək. Əfqanıstanda yemək, iş, insan hüquqları olmasa, əfqanlar normal həyat axtarmaq üçün evlərini tərk edəcək. Narkotik axınının artacağı, cinayətkar və terrorçu şəbəkələrin sayının artacağı ehtimalı da var. Bu, təkcə Əfqanıstanın özünə deyil, bölgəyə və bütün dünyaya mənfi təsir göstərəcək”, deyə Antonio Quterreş bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852371_62:0:2793:2048_1920x0_80_0_0_af133a2c640c637ce6aaeef00cd11c7d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bmt, əfqanıstan, antoniu quttereş
bmt, əfqanıstan, antoniu quttereş
BMT Baş katibi: “Əfqanıstana yardım etməsək, bu, dünyaya baha başa gələcək”
17:22 11.10.2021 (Yenilənib: 22:15 11.10.2021) Quterreş BMT-nin Əfqanıstandakı şəxsi heyətinin təhlükəsizliyini, mühafizəsini təmin etmək barədə “Taliban”la daim əlaqə saxladığını bildirib.
BAKI, 11 oktyabr — Sputnik. “Əfqanıstana yardım etməliyik, əks təqdirdə bu, dünyaya baha başa gələcək, narkotik axını və terror şəbəkələrinin sayı artacaq”.
APA xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
O, həmçinin, BMT-nin Əfqanıstandakı şəxsi heyətinin təhlükəsizliyini, mühafizəsini təmin etmək, habelə humanitar yardım və maneəsiz giriş məsələləri barədə “Taliban”la daim əlaqə saxladığını bildirib.
"Bu müəyyən bir məqamdır. Əfqanlara bu fırtınanın öhdəsindən gəlməyə kömək etmək etməsək, nəinki onlar, dünya dövlətləri bunun əziyyətini çəkəcək. Əfqanıstanda yemək, iş, insan hüquqları olmasa, əfqanlar normal həyat axtarmaq üçün evlərini tərk edəcək. Narkotik axınının artacağı, cinayətkar və terrorçu şəbəkələrin sayının artacağı ehtimalı da var. Bu, təkcə Əfqanıstanın özünə deyil, bölgəyə və bütün dünyaya mənfi təsir göstərəcək”, deyə Antonio Quterreş bildirib.