SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti: "Qoşulmama Hərəkatı beynəlxalq arenada vacib rol oynayır"

© Official website of President of Azerbaijan Republicİlham Əliyev
İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Dövlət başçısı deyib ki, Qoşulmama Hərəkatının təməlini ərazi bütövlüyünə hörmət, aqressiv davranışlardan çəkinmə və daxili işlərə müdaxilə etməmə kimi prinsiplər təşkil edir.
BAKI, 11 oktyabr — Sputnik. "Yaradıldığı gündən etibarən Qoşulmama Hərəkatı beynəlxalq arenada vacib rol oynamaqdadır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley forumunun iştirakçılarına videoformatda müraciətində bildirib.
Dövlət başçısı deyib ki, Qoşulmama Hərəkatının təməlini ərazi bütövlüyünə hörmət, aqressiv davranışlardan çəkinmə və daxili işlərə müdaxilə etməmə kimi prinsiplər təşkil edir: "Bu prinsiplər hazırkı beynəlxalq münasibətlərdə aktual və əhəmiyyətli olaraq qalır".
Prezident İlham Əliyev ölkələrin ərazi bütövlüyünün pozulması və güc tətbiqinin yolverilməz olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
0