DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ nümayəndələri hakimiyyəti ələ keçirmiş Talibanla* ilk dəfə görüşdülər

© AFP 2024 / WAKIL KOHSARTaliban
Taliban - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Oktyabrın 9-10-da Qətərin paytaxtı Dohada keçirilən görüşlərə ABŞ-ın müxtəlif qurumlarının nümayəndələri qatılıblar.
BAKI, 11 oktyabr — Sputnik. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ rəsmilərinin Taliban* nümayəndələri ilə səmimi şəraitdə görüş keçirdiklərini bildirib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Taliban* hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ilk dəfə ABŞ nümayəndələri ilə belə bir görüş baş tutub.
Oktyabrın 9-10-da Qətərin paytaxtı Dohada keçirilən görüşlərə ABŞ-ın müxtəlif qurumlarının nümayəndələri qatılıblar. Görüşlərdə ABŞ və digər ölkə vətəndaşlarının Əfqanıstanı təhlükəsiz şəraitdə tərk edə bilməsi ilə bağlı müzakirələr prioritet olub. Bundan başqa, qadınların idarəetmədə təmsilçiliyi və insan haqları məsələləri də müzakirə olunan məsələlər arasında olub. ABŞ-ın əfqan xalqına birbaşa yardım edəcəyi vurğulanıb.
ABŞ rəsmiləri Talibanın* sözlərinə deyil, hərəkətlərinə uyğun olaraq yol xəritəsinin müəyyənləşəcəyini bildiriblər.
Qeyd edək ki, Taliban* hakimiyyəti 2001-ci ildə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Əfqanıstana müdaxiləsi ilə devrilib. Cari ilin 15 avqustunda Taliban* silahlıları döyüşsüz Kabilə daxil oldub və bir neçə saat ərzində Əfqanıstanın paytaxtı üzərində tam olaraq nəzarəti ələ keçiriblər. Əfqanıstan Prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün istefa verərək ölkəni tərk edib.
* - Rusiyada fəaliyyəti qadağan olunmuş terrorçu təşkilat
Xəbər lenti
0