https://sputnik.az/20211011/44-gunluk-qarabag-muharibesi-mulahize-ve-neticeler-adli-hesabat-teqdim-olundu-434083181.html
"44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr" adlı hesabat təqdim olundu
"44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr" adlı hesabat təqdim olundu
Sputnik Azərbaycan
Bu ölkə Azərbaycan ərazilərinin işğalını davam etdirib və beynəlxalq hüququ pozduğuna görə beynəlxalq təzyiqin olmaması səbəbindən cəzasız qalıb. 11.10.2021, Sputnik Azərbaycan
2021-10-11T14:17+0400
2021-10-11T14:17+0400
2021-10-11T14:23+0400
əsgər
azərbaycan xəbərləri
atət minsk qrupu
ermənistan
atət
atət-in minsk qrupu
müharibə adamları
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1b/425306616_0:0:3072:1728_1920x0_80_0_0_7343e53fdcef4388770164f02a6b56d5.jpg
BAKI, 11 oktyabr — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ingilis dilində "44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr" adlı hesabat hazırlayıb. Sputnik Azərbaycan xəbər verir ki, hesabatda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən 44 günlük müharibənin Cənubi Qafqaz regionunun təhlükəsizlik arxitekturasını kökündən dəyişdiyi qeyd olunub və vurğulanıb ki, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq vasitəçilər real həll yolunun tapılması istiqamətində heç bir uğur əldə etməyiblər.Hesabatda 44 günlük müharibənin gətirib çıxardığı mülahizələr və nəticələrə fərqli bucaqdan nəzər salınır. Qeyd olunur ki, bir sıra səbəblər, o cümlədən beynəlxalq vasitəçilərin münaqişənin həll yolunu tapmaması, Ermənistana təzyiq göstərə bilməmələri və Ermənistanın davamlı pozucu addımları müharibənin baş verməsini şərtləndirən əsas amillərdir. Hesabatda 44 günlük müharibə, onun Ermənistan-diaspor münasibətlərinə təsiri, müharibənin geniş mənada regionun iqtisadi və ümumilikdə beynəlxalq əlaqələrə təsirləri tədqiq olunub.Qeyd olunub ki, öz ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan post Sovet məkanının işğal tarixini yenidən yazıb və beynəlxalq hüquq və normalara etinasızlığı aradan qaldırıb. "Bununla yanaşı müharibə göstərdi ki, diplomatik təşəbbüslərin və danışıqların uğursuzluğa düçar olması münaqişənin hərbi yolla həllini qaçılmaz edir. "Münaqişənin hərbi yolla həlli ola bilməz" kimi geniş yayılmış mif tamamilə dağıdılıb. Bu şüar ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən sülh prosesi boyunca dəfələrlə təkrarlanıb, lakin təəssüf ki, bu, yalnız Ermənistanın xeyrinə işləyib. Bu ölkə Azərbaycan ərazilərinin işğalını davam etdirib və beynəlxalq hüququ pozduğuna görə beynəlxalq təzyiqin olmaması səbəbindən cəzasız qalıb. Lakin Azərbaycan heç zaman sülh təşəbbüsləri iflasa uğrayacağı təqdirdə münaqişənin hərbi yolla həllinin mümkünlüyünü istisna etməyib.Prezident İlham Əliyev 44 günlük müharibə boyu dünya mediasına verdiyi çoxsaylı müsahibələr zamanı dəfələrlə bildirib ki, dünya ictimaiyyətinin Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün Ermənistana təzyiq göstərə bilməməsi, 30 ilə yaxın davam edən münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyişin olmaması və Ermənistanın Baş naziri Nikol Paşinyanın getdikcə artan militarist mövqeyi müharibəni qaçılmaz edib",-deyə hesabatda vurğulanır.Beynəlxalq perspektivdən baxdıqda bu hesabat 44 günlük müharibənin beynəlxalq əlaqələrə 3 əsas təsirini vurğulayır. Birincisi, təəssüflə qeyd olunur ki, müharibədən əvvəl Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının uğursuz olması və beynəlxalq ictimaiyyətin beynəlxalq hüquqa əməl etməsi üçün Ermənistana təzyiq göstərmək istəməməsi Makiavelli nəzəriyyəsini təsdiqləyən növbəti nümunədir. Bu baxımdan Ermənistan liderlərinin beynəlxalq hüquqa məhəl qoymaması və beynəlxalq reaksiyanın olmaması səbəbindən onların cəzasız qalması nəinki iki Cənubi Qafqaz ölkəsi arasındakı sülh prosesinə, həmçinin beynəlxalq hüquqi nizama və ona olan inama zərbə təşkil edib.Hesabata əsasən, müharibənin ikinci təsiri daha çox hərbi xarakter daşıyır. Bildirilir ki, son onilliklər ərzində baş vermiş texnoloji inqilabların həyatımızın bütün sahələrini sürətlə dəyişdiyi kimi hərbi sahədən də yan ötməyib. Azərbaycanın 44 günlük müharibədə əsasən müasir silahlanmaya görə qalib gəlməsi bu inqilabın göstəricisidir. Bəzi ölkələr bu inqilaba çağırış kimi baxsalar da, bəziləri bunu imkan kimi dəyərləndirir.Yazıda qeyd olunan İkinci Qarabağ müharibəsinin 3-cü təsiri kiçik dövlətlərin böyük güclər qarşısında öz milli maraqlarını müdafiə etmək baxımından daha çox güclənmək potensialı ilə bağlıdır. Bildirilir ki, bu yeni vəziyyət nəinki kiçik ölkələrin müdafiə imkanlarını artıracaq, həmçinin böyük dövlətlərin hərbi müdafiə xərclərini azaldacaq və onları danışıqlar vasitəsilə həll yolunun tapılmasına sövq edəcək.Hesabatda 44 günlük müharibənin region və regionun hüdudlarından kənara təsirlərinə dair mülahizələr və tənqidi müzakirələr yer alıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1b/425306616_260:0:2991:2048_1920x0_80_0_0_820b1fb47a0fd1688153e89fba26b102.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əsgər, atət minsk qrupu, ermənistan, atət, atət-in minsk qrupu, müharibə adamları
əsgər, atət minsk qrupu, ermənistan, atət, atət-in minsk qrupu, müharibə adamları
"44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr" adlı hesabat təqdim olundu
14:17 11.10.2021 (Yenilənib: 14:23 11.10.2021) Bu ölkə Azərbaycan ərazilərinin işğalını davam etdirib və beynəlxalq hüququ pozduğuna görə beynəlxalq təzyiqin olmaması səbəbindən cəzasız qalıb.
BAKI, 11 oktyabr — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ingilis dilində "44 günlük Qarabağ müharibəsi: Mülahizə və nəticələr" adlı hesabat hazırlayıb. Sputnik Azərbaycan xəbər verir ki, hesabatda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən 44 günlük müharibənin Cənubi Qafqaz regionunun təhlükəsizlik arxitekturasını kökündən dəyişdiyi qeyd olunub və vurğulanıb ki, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq vasitəçilər real həll yolunun tapılması istiqamətində heç bir uğur əldə etməyiblər.
Hesabatda 44 günlük müharibənin gətirib çıxardığı mülahizələr və nəticələrə fərqli bucaqdan nəzər salınır. Qeyd olunur ki, bir sıra səbəblər, o cümlədən beynəlxalq vasitəçilərin münaqişənin həll yolunu tapmaması, Ermənistana təzyiq göstərə bilməmələri və Ermənistanın davamlı pozucu addımları müharibənin baş verməsini şərtləndirən əsas amillərdir. Hesabatda 44 günlük müharibə, onun Ermənistan-diaspor münasibətlərinə təsiri, müharibənin geniş mənada regionun iqtisadi və ümumilikdə beynəlxalq əlaqələrə təsirləri tədqiq olunub.
Qeyd olunub ki, öz ərazi bütövlüyünü bərpa etməklə Azərbaycan post Sovet məkanının işğal tarixini yenidən yazıb və beynəlxalq hüquq və normalara etinasızlığı aradan qaldırıb. "Bununla yanaşı müharibə göstərdi ki, diplomatik təşəbbüslərin və danışıqların uğursuzluğa düçar olması münaqişənin hərbi yolla həllini qaçılmaz edir. "Münaqişənin hərbi yolla həlli ola bilməz" kimi geniş yayılmış mif tamamilə dağıdılıb. Bu şüar ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən sülh prosesi boyunca dəfələrlə təkrarlanıb, lakin təəssüf ki, bu, yalnız Ermənistanın xeyrinə işləyib. Bu ölkə Azərbaycan ərazilərinin işğalını davam etdirib və beynəlxalq hüququ pozduğuna görə beynəlxalq təzyiqin olmaması səbəbindən cəzasız qalıb. Lakin Azərbaycan heç zaman sülh təşəbbüsləri iflasa uğrayacağı təqdirdə münaqişənin hərbi yolla həllinin mümkünlüyünü istisna etməyib.
Prezident İlham Əliyev 44 günlük müharibə boyu dünya mediasına verdiyi çoxsaylı müsahibələr zamanı dəfələrlə bildirib ki, dünya ictimaiyyətinin Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün Ermənistana təzyiq göstərə bilməməsi, 30 ilə yaxın davam edən münaqişənin sülh yolu ilə həlli istiqamətində irəliləyişin olmaması və Ermənistanın Baş naziri Nikol Paşinyanın getdikcə artan militarist mövqeyi müharibəni qaçılmaz edib",-deyə hesabatda vurğulanır.
Beynəlxalq perspektivdən baxdıqda bu hesabat 44 günlük müharibənin beynəlxalq əlaqələrə 3 əsas təsirini vurğulayır. Birincisi, təəssüflə qeyd olunur ki, müharibədən əvvəl Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının uğursuz olması və beynəlxalq ictimaiyyətin beynəlxalq hüquqa əməl etməsi üçün Ermənistana təzyiq göstərmək istəməməsi Makiavelli nəzəriyyəsini təsdiqləyən növbəti nümunədir. Bu baxımdan Ermənistan liderlərinin beynəlxalq hüquqa məhəl qoymaması və beynəlxalq reaksiyanın olmaması səbəbindən onların cəzasız qalması nəinki iki Cənubi Qafqaz ölkəsi arasındakı sülh prosesinə, həmçinin beynəlxalq hüquqi nizama və ona olan inama zərbə təşkil edib.
Hesabata əsasən, müharibənin ikinci təsiri daha çox hərbi xarakter daşıyır. Bildirilir ki, son onilliklər ərzində baş vermiş texnoloji inqilabların həyatımızın bütün sahələrini sürətlə dəyişdiyi kimi hərbi sahədən də yan ötməyib. Azərbaycanın 44 günlük müharibədə əsasən müasir silahlanmaya görə qalib gəlməsi bu inqilabın göstəricisidir. Bəzi ölkələr bu inqilaba çağırış kimi baxsalar da, bəziləri bunu imkan kimi dəyərləndirir.
Yazıda qeyd olunan İkinci Qarabağ müharibəsinin 3-cü təsiri kiçik dövlətlərin böyük güclər qarşısında öz milli maraqlarını müdafiə etmək baxımından daha çox güclənmək potensialı ilə bağlıdır. Bildirilir ki, bu yeni vəziyyət nəinki kiçik ölkələrin müdafiə imkanlarını artıracaq, həmçinin böyük dövlətlərin hərbi müdafiə xərclərini azaldacaq və onları danışıqlar vasitəsilə həll yolunun tapılmasına sövq edəcək.
Hesabatda 44 günlük müharibənin region və regionun hüdudlarından kənara təsirlərinə dair mülahizələr və tənqidi müzakirələr yer alıb.