Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Ötən həftə ordumuz - İcmal

Abunə olmaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən həftə Gürcüstana səfər çərçivəsində Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla görüşüb.
BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlarla bağlı videoçarx hazırlayıb. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Videoçarxda Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ötən həftə Gürcüstana səfər çərçivəsində Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla keçirdiyi görüş əks olunub.
Geridə buraxdığımız həftə Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev mühəndis-istehkam qoşunlarının hərbi hissələrində olub.
Eyni zamanda Azərbaycan ordusunun qışa hazırlıq prosesi barədə məlumat verilib. Ötən həftə media nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunub. Həmçinin Hərbi Məktəbin orkestr heyəti Türkiyədə beynəlxalq festivalda iştirak edib.
Xəbər lenti
0