Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Meduza yağışı: Yüzlərlə meduza Odessa Dəniz Vağzalının akvatoriyasını tutub

Abunə olmaq
Yüzlərlə meduza Odessa limanına doğru üzüblər. Dron vasitəsi ilə çəkilmiş görüntülərdə dəniz canlılarının suyun səthini tutduqları görünür.
Medianın yazdığına görə, Odessa sahillərindəki meduzaların demək olar ki, hamısı kornerot dəstəsinə aiddir. Onlar Qara və Aralıq dənizlərindəki ən iri meduzalardır. Bəzilərinin diametri 30 santimetrə çatır və müxtəlif rənglərdədirlər. Onlar süd rəngindən maviyə, mavidən qırmızıya çalan rənglərdə olurlar.
Medianın ekoloqlara istinadən verdiyi məlumata görə, bu qədər çox meduza, fito və zooplankton, onları yeyən balıq növlərinin sayının az olması ilə əlaqədardır. Beləliklə, meduzalar fəal şəkildə plankton yeyir, bu da onların sürətli böyüməsinə və çoxalmasına kömək edir.
Odessa limanlarının akvatoriyasında ötən ilin payızında da oxşar vəziyyət müşahidə olunub.
Xəbər lenti
0