Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev son on ildə ilk dəfə Serbiyaya gedəcək

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev, arxiv şəkli
Prezident İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.10.2021
Abunə olmaq
Dövlət başçısı Qoşulmama Hərəkatının yüksək səviyyəli toplantısının açılışından bir gün əvvəl Belqrad şəhərinə yollanacaq.
BAKI, 10 oktyabr — Sputnik. Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son on ildə ilk dəfə olaraq Serbiyaya səfər edəcək. Bu məsələ yayda Azərbaycan lideri ilə Serbiyanın xarici işlər naziri Nikola Selakoviç arasında keçirilən Bakı danışıqlarında müzakirə edilib.
Sputnik Azərbaycan xəbər verir ki, İlham Əliyev Qoşulmama Hərəkatının yüksək səviyyəli toplantısının açılışından bir gün əvvəl Belqrad şəhərinə gələcək.
Məlumdur ki, Azərbaycan tərəfi Qoşulmama Hərəkatının hazırkı sədri kimi Serbiya tərəfinin 11-12 oktyabr tarixlərində Belqradda Qoşulmama Hərəkatının Birinci Konfransının 60 illiyini birgə qeyd etmək təşəbbüsünü dəstəkləyib.
Hərəkatın əsas ideyasının hərbi bloklarda iştirakdan imtina olmasına baxmayaraq, onun üzvləri müntəzəm olaraq müəyyən münaqişələrlə bağlı ortaq mövqe hazırlamaq ehtiyacı ilə qarşılaşırlar.
Qeyd edək ki, Qoşulmama Hərəkatı 1961-ci ilin sentyabrında Belqrad Konfransında yaradılıb. Hərəkat özündə 120 üzv dövləti, 17 müşahidəçi ölkəni birləşdirir.
Xəbər lenti
0