DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünyada ilk dəfə: Türkiyədə karqolar dronlarla daşınacaq

© AFP 2023 / SZAJBEL / P-art StudioDron, arxiv şəkli
Dron, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.10.2021
Abunə olmaq
Mülki Aviasiya Baş İdarəsindən bildirilib ki, dronlarla karqo daşınması məqsədilə hava dəhlizi marşrutu müəyyən olunub. İlk belə daşıma isə İstanbul-Eskişehir-Ankara xətti üzrə həyata keçiriləcək.
BAKI, 10 oktyabr — Sputnik. Türkiyədə insansız hava aparatlarının karqo daşımalarına cəlb olunması ilə bağlı həyata keçirilən ilkin hazırlıq prosesi başa çatıb. Dronlarla karqo daşınmasının ilkin olaraq hansı marşrut üzrə həyata keçiriləcəyi də müəyyənləşib. Sputnik Azərbaycan bu barədə TRT Haber-ə istinadla məlumat yayıb.
Türkiyənin Mülki Aviasiya Baş İdarəsindən bildirilib ki, dronlarla karqo daşınması məqsədilə hava dəhlizi marşrutu da müəyyən olunub. İlk belə daşıma isə İstanbul-Eskişehir-Ankara xətti üzrə həyata keçiriləcək.
Mülki Aviasiya Baş İdarəsinin rəhbəri Kamal Yüksək bu barədə məlumat verərək qeyd edib ki, dronlarla kargo daşınması dünyada ilk dəfə olaraq Türkiyədə həyata keçiriləcək. Onun sözlərinə görə, dronların yük daşıma şərtləri ilə bağlı ciddi qaydalar da müəyyən olunacaq. Belə ki, pilotsuz aparatların hansı marşrut üzrə hərəkət edəcəyi, hansı yüksəklikdən uçacağı, enmə və qalxma nöqtələri kimi bir çox detallara aydınlıq gətiriləcək. İlkin olaraq, karqo dronlarının 120 metr yüksəklidən uçması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Türkiyənn Mülki Aviasiya Baş İdarəsi bu ölkədə dronlarla bağlı araşdırma həyata keçirir. İndiyə kimi 50 mindən çox dron qeydiyyata alınıb.
Xəbər lenti
0