DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çexiyada parlament seçkilərinin nəticələri açıqlanıb

© Sputnik / Alexej Daniсev / Mediabanka keçidPraqa şəhərinə mənzərə, arxiv şəkli
Praqa şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.10.2021
Abunə olmaq
Ölkənin qocaman iki partiyası Sosial Demokrat və Kommunist Partiyaları isə qanunverici orqana daxil ola bilməyib.
BAKI, 10 oktyabr — Sputnik. Çexiya Mərkəzi Statistika İdarəsi ölkə parlamentinə keçirilən seçkilərin rəsmi nəticələrini açıqlayıb.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, seçkilərin qalibi 3 liberal partiya və hərəkatı birləşdirən "Birlikdə" koalisiyası olub. Belə ki, Vətəndaş Demokratik Partiyası, Xristian Demokratik Hərəkatı və "TOP 09" hərəkatını birləşdirən koalisiya 27,79% səs toplayaraq parlamentdə 71 mandat alacaq.
İkinci yeri 27,12%-lə parlamentdə 72 yer qazanan Baş nazir Andrey Babişin ANO mərkəzçi hərəkatı tutur.
Üçüncü yerdə Pirat Partiyası və "Başlar və Müstəqillər" hərəkatından ibarət digər liberal koalisiya gəlir. Bu koalisiya 15,62% və 37 yer əldə edib.
"Azadlıq və Birbaşa Demokratiya" avroskeptik hərəkatı da parlamentə daxil olub - 9,56% və 20 yer.
Ölkənin qocaman iki partiyası Sosial Demokrat və Kommunist Partiyaları isə qanunverici orqana daxil ola bilməyib. Qeyd edək ki, bu, 1921 -ci ildən bəri kommunistlər arasında ilk dəfə baş verir. Hər iki tərəf 5%-lik baryeri aşa bilməyib və partiyaların rəhbərliyi istefa verib.
Seçkilərdə seçici fəalliğı 65,43% təşkil edib.
Xəbər lenti
0