Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

© Sputnik / Murad OrujovBakıda XİN-nin binası, arxiv şəkli
Bakıda XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.10.2021
Abunə olmaq
Tatarıstanda L-410 təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində ilkin məlumatlara hgörə 16 nəfər həlak olub.
BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Tatarıstan Respublikasında baş verən təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
Sputnik Azərbaycan xəbər verir ki, xəbərinə görə, başsağlığı mətni XİN-in tviter hesabında yayılıb.

"Tatarıstan Respublikasında paraşütçülər olan təyyarənin qəzası nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qohumlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk", - XİN-in paylaşımında deyilir.

Xatırladaq ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasında L-410 təyyarəsi qəzaya uğrayıb.
KİV-lərin məlumatına görə hadisə nəticəsində ilkin məlumatlara hgörə 16 nəfər həlak olub, 7 nəfər sağ qalıb. Hadisə yerində xilasetmə işlər davam etdirilir.
Qeyd edək ki, L-410 regional xətlərdə uçuş üçün nəzərdə tutulmuş iki mühərrikli təyyarədir. Təyyarə 1960-cı illərdə Çexoslovakiyanın Let zavodu tərəfindən layihələndirilib. Hava gəmisinin kommersiya məqsədləri ilə istifadəsi 1973-cü ildən başlanıb.
Xəbər lenti
0