CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhəd Xidməti həkim axtarır

© State Border Service of Azerbaijan RepublicDSX hərbçiləri, arxiv şəkli
DSX hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Abunə olmaq
DSX-da hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər.
BAKI, 9 oktyabr — Sputnik. Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə və işə qəbul elan edib. Sputnik Azərbaycan xəbər verir ki, DSX-da hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:
- Həkim-terapevt;
- Həkim-ümumi cərrah;
- Həkim-uroloq;
- Cərrah-uroloq;
- Həkim travmatoloq-ortoped;
- Anestezioloq-reanimatoloq;
- Həkim radioloq;
- Həkim-infeksionist;
- Həkim-nevropatoloq;
- Həkim-psixiatr;
- Həkim mama-ginekoloq;
- Cərrah mama-ginekoloq;
- Həkim neyro cərrah;
- Üst çənə cərrahı;
- Həkim-kardioloq;
- Həkim-sanepidemioloq;
- Həkim-dermatoloq;
- Həkim-otolarinqoloq;
- Təcili yardım həkimi;
- Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;
- Feldşer.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;
- Fiziki cəhətdən sağlam olmalı;
Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.
Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.
Xəbər lenti
0