https://sputnik.az/20211009/sahibe-qafarova-slovakiyanin-xn-rehberi-ile-gorusub-434041280.html
Sahibə Qafarova Slovakiyanın XİN rəhbəri ilə görüşüb
Sahibə Qafarova Slovakiyanın XİN rəhbəri ilə görüşüb
Sputnik Azərbaycan
Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarını işğaldan azad etməsi barədə məlumat verib və Azərbaycanın işğaldan azad olunan... 09.10.2021, Sputnik Azərbaycan
2021-10-09T11:08+0400
2021-10-09T11:08+0400
2021-10-09T11:08+0400
milli məclis
siyasət
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/09/434041251_0:279:3144:2048_1920x0_80_0_0_a7e35678a0ce83b0e8f8bba4443dc1b8.jpg
BAKI, 9 oktyabr — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri İvan Korçokla görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, İvan Korçok Azərbaycanla Slovakiya arasında əlaqələrin inkişaf perspektivlərindən danışıb. Nazir bu əlaqələrin dərinləşməsində parlament diplomatiyasının rolunu ifadə edib. O, qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb, yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib. Cari ilin mart ayında Azərbaycana səfərini və keçirdiyi görüşləri xatırlayan İvan Korçok bu cür səfərlərin iki ölkə arasındakı münasibətlərə müsbət töhfə verdiyini vurğulayıb.Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan və Slovakiya arasında uğurlu siyasi münasibətlər digər sahələrdə də əlaqələrin daha da inkişafına imkan verir. Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarını işğaldan azad etməsi barədə məlumat verib və Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasına başladığını qeyd edib.Sahibə Qafarova qeyd edib ki, Ermənistan işğal dövründə şəhərlərimizi, kəndlərimizi tamamilə dağıdıb və talan edib. Milli Məclisin sədri Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar, xüsusilə minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi haqqında geniş məlumat verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/09/434041251_0:0:2731:2048_1920x0_80_0_0_31d8330c031fc6b89ee573ea9dd37c9e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milli məclis
Sahibə Qafarova Slovakiyanın XİN rəhbəri ilə görüşüb
Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarını işğaldan azad etməsi barədə məlumat verib və Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasına başladığını qeyd edib
BAKI, 9 oktyabr — Sputnik. Milli Məclisin sədri
Sahibə Qafarova Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri
İvan Korçokla görüşüb.
Sputnik Azərbaycan xəbər verir ki, İvan Korçok Azərbaycanla Slovakiya arasında əlaqələrin inkişaf perspektivlərindən danışıb. Nazir bu əlaqələrin dərinləşməsində parlament diplomatiyasının rolunu ifadə edib. O, qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb, yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib. Cari ilin mart ayında Azərbaycana səfərini və keçirdiyi görüşləri xatırlayan İvan Korçok bu cür səfərlərin iki ölkə arasındakı münasibətlərə müsbət töhfə verdiyini vurğulayıb.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan və Slovakiya arasında uğurlu siyasi münasibətlər digər sahələrdə də əlaqələrin daha da inkişafına imkan verir. Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarını işğaldan azad etməsi barədə məlumat verib və Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpasına başladığını qeyd edib.
Sahibə Qafarova qeyd edib ki, Ermənistan işğal dövründə şəhərlərimizi, kəndlərimizi tamamilə dağıdıb və talan edib. Milli Məclisin sədri Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar, xüsusilə minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi haqqında geniş məlumat verib.