Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bank: Rəqəmsal maliyyəyə keçid əsas strateji hədəflərdəndir

© AP Photo / Darko VojinovicMərkəzi Bankın binası, arxiv şəkli
Mərkəzi Bankın binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Abunə olmaq
Maliyyə sektoru iştirakçıları üçün bazar əsaslı dəstəkləyici mühitin formalaşdırılması, maliyyə texnologiyaları ekosisteminin inkişaf etdirilməsi, maliyyə xidmətlərində yeni oyunçuların (qeyri-bank təşkilatlar, fintexlər və sair) girişinin dəstəklənməsi nəzərdə tutulur
BAKI, 9 oktyabr — Sputnik. Maliyyə sistemində rəqabətin gücləndirilməsi maliyyə sektorunun sabitliyi və inkişafının fundamental elementlərindən biri olmaqla Mərkəzi Bankın əsas siyasət prioritetlərindəndir.
Mərkəzi Bankdan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Bank tərəfindən maliyyə sistemində rəqabətin gücləndirilməsi istiqamətində çoxşaxəli və ardıcıl tədbirlər həyata keçirilir:

"İlk növbədə ölkədə müasir standartlara müvafiq Milli Ödəniş Sisteminin infrastrukturu yaradılmış, onun sabit, etibarlı və təhlükəsiz fəaliyyəti təmin edilmiş və təkmilləşdirilməsi isitqamətində fasiləsiz işlər aparılıb. Bank sisteminin sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb, ödəmə qabiliyyətini itirmiş banklar sistemdən kənarlaşdırılıb, ölkənin ən böyük bankı Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması yekunlaşdırılıb. Eyni zamanda, banklarda korporativ idarəetmənin yaxşılaşdırılması və risklərin idarəedilməsi bacarıqlarının dərinləşdirilməsi, requlyativ tələblərin qabaqcıl beynəlxalq standartlara (Bazel II və III standartları) uyğunlaşdırılması istiqamətlərində davamlı tədbirlər görülüb. Habelə, əmanətlərin sığortalanması mexanizminin dayanıqlı modelinin yaradılması maliyyə sabitliyi infrastrukturunu gücləndirməklə yanaşı, bankların resurs mənbələrinə bərabər çıxışını təmin edir".

Diqqətə çatdırılıb ki, bununla yanaşı, rəqəmsal maliyyəyə keçid, maliyyə xidmətlərinin diversifikasiyası və alternativ maliyyə alətlərinin tətbiq edilməsi Mərkəzi Bankın əsas strateji hədəflərindən biridir. Belə ki, maliyyə sektoru iştirakçıları üçün bazar əsaslı dəstəkləyici mühitin formalaşdırılması, maliyyə texnologiyaları ekosisteminin inkişaf etdirilməsi, maliyyə xidmətlərində yeni oyunçuların (qeyri-bank təşkilatlar, fintexlər və sair) girişinin dəstəklənməsi nəzərdə tutulur.

"Qeyd edilən tədbirlər maliyyə xidmətlərində rəqabətin güclənməsi, maliyyə xidmətlərinin yeni keyfiyyət mərhələsinə keçidini, o cümlədən maliyyə xidmətlərinin çeşidliyinin artmasını, innovativ biznes modellərin yaranmasını təmin etməklə maliyyə xidməti istehlakçılarına rahat, əlçatan və təhlükəsiz rəqəmsal məhsul və xidmətlərin çatdırılmasını təmin edəcək", - deyə Mərkəzi Bankın məlumatında bildirilib.

Xəbər lenti
0