CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verdi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Abunə olmaq
Gürcüstanın Batumi şəhərində, 26 May küçəsində yaşayış binasının bir bloku çöküb. Hadisə zamanı xəsarət alan 8 nəfər həyatını itirib.
BAKI, 9 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gürcüstanlı həmkarı Salome Zurabişviliyə başsağlığı məktubu göndərib.
Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli xanım Prezident, Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Xatırladaq ki, oktyabrın 8-də Gürcüstanın Batumi şəhərində, 26 May küçəsində yaşayış binasının bir bloku çöküb. Hadisə zamanı xəsarət alan 8 nəfər həyatını itirib, onlardan üçü uşaqdır. İnsidentə görə üç nəfər Gürcüstan DİN tərəfindən saxlanılıb.
Xəbər lenti
0