DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranın ilk prezidenti ölüb

© AP Photo / Francois Mori İran İslam Respublikasının ilk prezidenti Əbülhəsən Banisədr
 İran İslam Respublikasının ilk prezidenti  Əbülhəsən Banisədr  - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Abunə olmaq
Banisədr 1980-ci il yanvarın 25-də 76.5% səs toplamaqla İran prezidenti olmuşdu. Ancaq İraqla başlanan müharibə zamanı Xamneyi ali baş komandan vəzifəsini Banisədrdən geri almışdı.
BAKI, 9 oktyabr - Sputnik. 1980-ci ildə İran İslam Respublikasının ilk prezidenti seçilmiş Əbülhəsən Banisədr şənbə günü, oktyabrın 9-da Parisin Salpetrier xəstəxanasında dünyasını dəyişib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
"İslam Respublikasının ilk prezidenti Əbülhəsən Banisədr 89 yaşında Parisin Salpetrier xəstəxanasında dünyasını dəyişdi", - agentliyin məlumatında deyilir.
Ölüm səbəbi dəqiqləşdirilmir.
1979-cu ildə şah Məhəmməd Rza Pəhləvinin devrilməsi (1941-1979) ilə bitən inqilabdan sonra İran İslam Respublikası yaradıldı. Ayətulla Ruhulla Xamneyinin rəhbərlik etdiyi şiələr hakimiyyətə gəldilər. Xamneyi İranın ali dini lideri oldu. Banisədr Xamneyinin yaxın silahdaşı idi və inqilabi orqanlarda bir çox yüksək vəzifələri tuturdu. İranın ilk Konstitusiyasının yaradılmasında o da iştirak edib.
Banisədr 1980-ci il yanvarın 25-də 76.5% səs toplamaqla İran prezidenti olmuşdu. Ancaq İraqla başlanan müharibə zamanı Xamneyi ona ölkəyə və hərbi əməliyyatlara rəhbərlik edə bilmək qabiliyyətinin olmadığını deyərək ali baş komandan vəzifəsini Banisədrdən geri aldı. 1981-ci ildə parlament Banisədrə qarşı "islam ruhaniliyinə qarşı fəaliyyət" adı ilə impiçment irəli sürdü. Xamneyi Banisədrin prezident vəzifəsindən uzaqlaşdırılması barədə fərmana qol çəkdi, Banisədr digər siyasətçilərlə birlikdə İranı təırk elədi.
Xəbər lenti
0