CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yay necə yadda qaldı - Sorğu

© Sputnik / Murad OrujovBakıda çimərlikdə insanlar, arxiv şəkli
Bakıda çimərlikdə insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Abunə olmaq
Sorğuda iştirak edənlərin 32%-i yayı bağda və ya regionlarda, 5%-i xarici ölkədə, 44%-i evdə keçirdiyini bildirsə də, 18%-i ümumiyyətlə istirahət etmədiyini qeyd edib.
BAKI, 9 oktyabr — Sputnik. Sentyabrın 22-də Azərbaycanda yay fəslinin bitməsi ilə əlaqədar Media Təhlil Mərkəzi tərəfindən sorğu keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, sorğuda iştirak edən 687 respondentin 54%-ni qadınlar, 46%-ni kişilər təşkil edib. İlk sualda respondentlərdən yayı necə keçirdikləri soruşulub. Onlardan 46%-i yayı yaxşı keçirdiyini, 37%-i ötən illə müqayisədə fərqli keçirmədiyini bildirib. Ötən il yayı daha yaxşı keçirdiyini deyənlər isə respondentlərin 17%-ni təşkil edib.
“Yay ərzində aşağıda sadalananlardan hansı ilə üzləşdiniz?” sualına respondentlərin cavabı belə olub:
Ailə həyatı qurdum – 6%;
Toy, ad günü və digər tədbirlərdə iştirak etdim – 44%;
Övladım, nəvəm dünyaya gəldi – 1%;
Koronavirusa yoluxdum – 9%;
Digər xəstəliklərlə mübarizə apardım – 10%;
Heç biri ilə üzləşmədim – 40%.
Sorğuda iştirak edənlərin 32%-i yayı bağda və ya regionlarda, 5%-i xarici ölkədə, 44%-i evdə keçirdiyini bildirsə də, 18%-i ümumiyyətlə istirahət etmədiyini qeyd edib.
Sorğu iştirakçılarının 21%-i yay planları ilə bağlı verilən sualı cavablandırarkən bütün planlarını həyata keçirdiyini, 13%-i xarici ölkəyə gedə bilmədiyini, 21%-i işlərinin çoxluğu səbəbilə istirahət etmədiyini, 11%-i təhsillə bağlı planlarını, 35%-i isə ümumiyyətlə heç bir planını həyata keçirə bilmədiyini vurğulayıb.
Xəbər lenti
0