CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tural Gəncəliyev Cənubi Qafqaz üzrə xüsusi nümayəndə ilə görüşüb

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev - Sputnik Azərbaycan, 1920, 08.10.2021
Abunə olmaq
Onlar Azərbaycan sərhədləri daxilində Konstitusiyada əks olunmuş bütün hüquqlardan yaralana biləcəklər.
BAKI, 8 oktyabr — Sputnik. "Qarabağa dönüş" İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksenlə videokonfrans formatında görüşüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə deputat özünün "Twitter" hesabında məlumat verib.
T.Gəncəliyev Xankəndinin deputatı kimi erməni əsilli vətəndaşların Azərbaycanda siyasi, iqtisadi və humanitar sahələrə reinteqrasiyasını təmin etmək üçün işləməkdə maraqlı olduğunu K.Henriksenin diqqətinə çatdırıb.

"Təbii ki, həm Azərbaycan Prezidenti, həm də digər hökumət təmsilçiləri bütün erməni əsilli vətəndaşlarımızın siyasi, iqtisadi və humanitar sahələrə reinteqrasiya olunmasını istədiklərini bəyan ediblər. Onlar Azərbaycan sərhədləri daxilində Konstitusiyada əks olunmuş bütün hüquqlardan yaralana biləcəklər. Mən bir deputat kimi Qarabağda Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə yaşayan ermənilərdən bu barədə çoxlu mesajlar alıram. Onlar Azərbaycan pasportunu əldə etmək üçün müraciət etmək istədiklərini bildirirlər. Eyni zamanda, biz humanitar məsələləri həll etmək istərdik", - T.Gəncəliyev qeyd edib.

Xəbər lenti
0