CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid qızından müraciət: "Nə qədər illər ötsə də, yara ağır olsa da..."

© Sputnik / Murad OrujovŞuşada Azərbaycan bayrağı, arxiv şəkli
Şuşada Azərbaycan bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2021
Abunə olmaq
Ayla Nuriyeva atasının arzusunu reallaşdıraraq 535 balla Azərbaycan Dillər Universitetinə qəbul olub, universiteti qırmızı diplomla bitirib.
BAKI, 8 oktyabr — Sputnik. I Qarabağ müharibəsi iştirakçısı Eldəniz Vəliyevin övladı, DOST Agentliyinin əməkdaşı Ayla Nuriyeva II Qarabağ müharibəsi şəhid övladlarına müraciət edib.
1992-ci ilin 29 iyununda atası şəhid olanda Ayla Nuriyeva yaş yarımlıq olub. Atasının şəhid xəbərini ondan uzun müddət gizlədiblər, o, bu xəbəri 16 yaşında alıb.
Ayla Nuriyeva atasının arzusunu reallaşdıraraq 535 balla Azərbaycan Dillər Universitetinə qəbul olub, universiteti qırmızı diplomla bitirib:

"Nə qədər illər ötsə də, yara ağır olsa da, bu, fərəhli hissdir. Bu gün analarımız atalarımızın arzuladığı kimi bizi böyüdürlər. Siz tək deyilsiniz. Atam itkin şəhid olduğu üçün onun qəbri də yoxdur. Ayaq üstdə durun, bunu bacarın. İstəyin, arzu edin, hərəkət edin, əsas olan bu 3 nüansdır. Çalışın həyatınızın qəhrəmanı olun".

Xəbər lenti
0