https://sputnik.az/20211008/postmuharibe-dovrunde-qeder-adam-isle-temib-olunub-nazir-muavini-reqemleri-aciqladi-434004469.html
Postmüharibə dövründə qədər adam işlə təmin olunub? Nazir müavini rəqəmləri açıqladı
Postmüharibə dövründə qədər adam işlə təmin olunub? Nazir müavini rəqəmləri açıqladı
Sputnik Azərbaycan
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, postmüharibə proqramları ümumilikdə 26 mindən çox şəxsi əhatə edir. 08.10.2021, Sputnik Azərbaycan
2021-10-08T11:50+0400
2021-10-08T11:50+0400
2021-10-08T12:26+0400
müharibə
cəmiyyət
əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında dövlət sosial müdafiə fondu
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1b/425305582_0:298:3071:2025_1920x0_80_0_0_84d3f8955bbf5d7fd8ce800182350ae2.jpg
BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan hökumətinin siyasətinin ana xəttini sosial siyasət təşkil edir.Sputnik Azərbaycan xəbər verir ki, bunu Vətən Müharibəsi şəhidlərinin övladlarına həsr olunan "Hərə bir qəhrəman oldu" adlı tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib.Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra dövlət idarəçiliyində yeni mərhələ başlayıb:"Vətən müharibəsi qəhrəmanları, şəhid ailələrinə dəstək üçün olan bir sıra mövcud proqramlar genişləndirilib və yeni proqramlara start verilib. Sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artıb. Postmüharibə proqramları ümumilikdə 26 mindən çox şəxsi əhatə edir. "Məşğulluq marafonu"na da start verilib, 2100-dən çox vakansiya yerləşdirilib, 600-dən çox şəxs işlə təmin edilib".Nazir müavini bu marafonun davam etdiyini və daha çox insanı əhatə edəcəyini bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1b/425305582_314:0:3045:2048_1920x0_80_0_0_7d206daa3fee8770a755426d07ff8e21.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müharibə, əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında dövlət sosial müdafiə fondu
müharibə, əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında dövlət sosial müdafiə fondu
Postmüharibə dövründə qədər adam işlə təmin olunub? Nazir müavini rəqəmləri açıqladı
11:50 08.10.2021 (Yenilənib: 12:26 08.10.2021) Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, postmüharibə proqramları ümumilikdə 26 mindən çox şəxsi əhatə edir.
BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan hökumətinin siyasətinin ana xəttini sosial siyasət təşkil edir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Vətən Müharibəsi şəhidlərinin övladlarına həsr olunan "Hərə bir qəhrəman oldu" adlı tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra dövlət idarəçiliyində yeni mərhələ başlayıb:
"Vətən müharibəsi qəhrəmanları, şəhid ailələrinə dəstək üçün olan bir sıra mövcud proqramlar genişləndirilib və yeni proqramlara start verilib. Sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artıb. Postmüharibə proqramları ümumilikdə 26 mindən çox şəxsi əhatə edir. "Məşğulluq marafonu"na da start verilib, 2100-dən çox vakansiya yerləşdirilib, 600-dən çox şəxs işlə təmin edilib".
Nazir müavini bu marafonun davam etdiyini və daha çox insanı əhatə edəcəyini bildirib.