Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Peşə təhsilli şəxslər ali məktəbə daxil ola biləcək

© Sputnik / Irade JELILPeşə təmayüllü məkan, arxiv şəkli
Peşə təmayüllü məkan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2021
Abunə olmaq
Peşə təhsilli şəxslərin orta ixtisas təhsilli şəxslərə bərabər tutulan subbakalavr dərəcəsinin verilməsi peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini zəruri edir.
BAKI, 8 oktyabr — Sputnik. Yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.
Sputnik Azərbaycan APA-ya istinadla bildirir ki, bu, "Peşə təhsili haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, peşə təhsili sisteminin quruluşuna da dəyişiklik edilib. Belə ki, Peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququ verilir.
Qeyd edilib ki, yüksək texniki peşə təhsilini bitirmiş şəxslərə orta ixtisas təhsili pilləsini bitirmiş şəxslərə bərabər tutulan subbakalavr ixtisas dərəcəsinin verilməsi və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququnun təsbit olunması yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini zəruri edir. Belə ki, ali təhsil pillələri üzrə tədris Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış kredit sistemi ilə təşkil edilir ki, bu da təhsil pillələrində əldə edilmiş kreditlərin digər təhsil pilləsində tanınmasına imkan verir. Göstərilənlər yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kredit sisteminin tətbiqi və bu təhsil səviyyəsi üzrə subbakalavrların topladıqları kreditlərin ali təhsil müəssisələrində nəzərə alınması ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliyin edilməsini zəruri edir.
Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklər, bu məqsədlə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa edilməsi nəzərdə tutulan dəyişikliklərə uyğun olaraq hazırlanıb.
Xəbər lenti
0