DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan: Bakı-Tbilisi-Qars getdikcə daha önə çıxmaqdadır

© © Turkish Presidency via AP, PoolTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2021
Abunə olmaq
Türkiyə prezidenti Qərbi Avropadan uzaq Asiyanın ən ucqar nöqtəsinə qədər fasiləsiz qatar səfərinin həyata keçilrilməsinin mümkün olduğunu dilə gətirib.
BAKI, 8 oktyabr — Sputnik. "Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin sayəsində Qərbi Avropadan uzaq Asiyanın ən ucqar nöqtəsinə qədər fasiləsiz qatar səfərinin həyata keçməsini mümkün etdik". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti qlobal ticarət sahəsində yeni və əhəmiyyətli alternativ olaraq getdikcə daha önə çıxmaqdadır.
Türkiyə Prezidenti həmçinin qeyd edib ki, region geostrateji əhəmiyyətini heç vaxt itirməyib.
Xəbər lenti
0