https://sputnik.az/20211008/diyetoloq-badamin-faydasini-aciqlayib-433939351.html
Diyetoloq badamın faydasını açıqlayıb
Diyetoloq badamın faydasını açıqlayıb
Sputnik Azərbaycan
Kişilər üçün badam sink tərkibinə görə faydalıdır, həmçinin pis xolesterolun azalmasına da kömək edir. 08.10.2021, Sputnik Azərbaycan
2021-10-08T08:37+0400
2021-10-08T08:37+0400
2021-10-08T08:37+0400
badam
səhiyyə
fayda
https://cdnn1.img.sputnik.az/img/42296/54/422965433_0:159:3079:1890_1920x0_80_0_0_51e8a00f5473f1f3e8ac84eb9f21632a.jpg
BAKI, 8 oktyabr — Sputnik. "Qadın üçün çərəz" hesab olunan badam yaşlanmanı ləngidir. Çərəzin bu və digər faydalı xüsusiyyətləri haqqında "Moskva 24" telekanalına verdiyi müsahibədə həkim-diyetoloq Yevgeni Arzamasov danışıb.Həkim badamın tərkibində qadınların sinir sistemini qorumağa kömək edən maqnezium və B vitaminlərinin olduğunu qeyd edib.Həmçinin badam E vitamini və silisiumla zəngindir. Onlar dərinin elastikliyinin və möhkəmliyinin qorunmasına kömək edir, həmçinin hormonal səviyyəni də normallaşdırır."Manqan sümükləri osteoporozdan qorumağa kömək edir, o, həm gənclər, həm də yaşlılar üçün faydalıdır. O, sümük tərkibi üçün faydalı olan elementlərin mənimsənilməsini yaxşılaşdırmağa, həmçinin dərini zədələnmədən qorumağa kömək edir", - deyə Arzamasov vurğulayıb.Kişilər üçün badam sink tərkibinə görə faydalıdır, həmçinin pis xolesterolun azalmasına da kömək edir. Həkim badamda kalorinin yüksək olması səbəbilə gündə 10-15 ədəddən çox yeməməyi məsləhət görüb. Müntəzəm idmanla məşğul olduqda normanı artırmaq olar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42296/54/422965433_173:0:2904:2048_1920x0_80_0_0_ad5a18322d1390f19ba68849f4b4bb49.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
badam, fayda
Diyetoloq badamın faydasını açıqlayıb
Kişilər üçün badam sink tərkibinə görə faydalıdır, həmçinin pis xolesterolun azalmasına da kömək edir.
BAKI, 8 oktyabr — Sputnik. "Qadın üçün çərəz" hesab olunan badam yaşlanmanı ləngidir. Çərəzin bu və digər faydalı xüsusiyyətləri haqqında "Moskva 24" telekanalına verdiyi müsahibədə həkim-diyetoloq Yevgeni Arzamasov danışıb.
Həkim badamın tərkibində qadınların sinir sistemini qorumağa kömək edən maqnezium və B vitaminlərinin olduğunu qeyd edib.
Həmçinin badam E vitamini və silisiumla zəngindir. Onlar dərinin elastikliyinin və möhkəmliyinin qorunmasına kömək edir, həmçinin hormonal səviyyəni də normallaşdırır.
"Manqan sümükləri osteoporozdan qorumağa kömək edir, o, həm gənclər, həm də yaşlılar üçün faydalıdır. O, sümük tərkibi üçün faydalı olan elementlərin mənimsənilməsini yaxşılaşdırmağa, həmçinin dərini zədələnmədən qorumağa kömək edir", - deyə Arzamasov vurğulayıb.
Kişilər üçün badam sink tərkibinə görə faydalıdır, həmçinin pis xolesterolun azalmasına da kömək edir. Həkim badamda kalorinin yüksək olması səbəbilə gündə 10-15 ədəddən çox yeməməyi məsləhət görüb. Müntəzəm idmanla məşğul olduqda normanı artırmaq olar.