DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Britaniyalılar Rusiyanın Avropaya qaz tədarükünü qəsdən məhdudlaşdırdığından şübhələnirlər

© AFP 2023 / TOLGA AKMENBoris Conson, arxiv şəkli
Boris Conson, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2021
Abunə olmaq
Boris Consonun nümayəndəsi qeyd edib ki, "Şimal axını-2" Ukraynadan tədarükə də təsir göstərəcək, bu isə sözügedən ölkənin iqtisadiyyatı üçün ciddi iqtisadi nəticələrə gətirib çıxara bilər.
BAKI, 8 oktyabr — Sputnik. Baş nazir Boris Consonun rəhbərlik etdiyi Böyük Britaniya hökuməti bu qərara gəlib ki, Rusiya Avropaya qaz tədarükünü qəsdən azaldıb. Məqsəd isə Avropa İttifaqını (Aİ) "Şimal axını-2" təbii qaz kəmərinin işə salınmasına razılıq verməyə məcbur etməkdir. Bu barədə Böyük Britaniyanın "The Times" qəzeti Consonun mətbuat katibinə istinadla xəbər yayıb.

"Nazirlər belə hesab edirlər ki, Rusiya məqsədli şəkildə qaz tədarükünü məhdudlaşdırır. Bu Avropa İttifaqını "Şimal axını-2"-ni təsdiqləməyə məcbur etmək strategiyasının bir hissəsidir", – deyə qəzet yazır.

Daha sonra məcmuə bilsirir ki, Boris Conson dünən axşam "Şimal axını-2"-nin Avropa İttifaqı tərəfindən təsdiqlənməsinin "təhlükəsizlik üçün ciddi nəticələrə" gətirib çıxaracağı barədə xəbərdarlıq edib.

""Şimal axını-2" Böyük Britaniyanın enerji təhlükəsizliyinə birbaşa təsir göstərməsə də, Mərkəzi və Şərqi Avropa ölkələri üçün ciddi nəticələrə gətirib çıxara bilər. Bəzi Avropa ölkələri praktik olaraq Rusiya təbii qazından asılı vəziyyətdədir ki, bu da enerji təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğurur", – deyə qəzet Böyük Britaniya Baş nazirinin təmsilçisindən sitat gətirir.

Consonun nümayəndəsi onu da qeyd edib ki, "Şimal axını-2" Ukraynadan tədarükə də təsir göstərəcək, bu isə sözügedən ölkənin iqtisadiyyatı üçün ciddi iqtisadi nəticələrə gətirib çıxara bilər.
Qeyd edək ki, "Şimal axını-2" layihəsi Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya qədər ümumi gücü illik 55 milyard kubmetr olan iki boru kəmərinin inşasını nəzərdə tutur. Avropa Şurasına öz maye qazını satmaq istəyən ABŞ, eləcə də Ukrayna və bir sıra Avropa ölkələri bu layihəyə qarşı çıxır.
ABŞ 2019-cu ilin dekabrında layihəyə sanksiya tətbiq edərək boru kəmərinin quraşdırılması ilə məşğul olan şirkətlərdən tikintinin dayandırılmasını tələb edib. Bundan sonra İsveçrənin "Allseas" şirkəti qaz kəmərinin quraşdırılması işini dayandırdıqlarını bildirib.
Xəbər lenti
0