https://sputnik.az/20211008/belaruslu-milli-qehremanimiz-anildi-434018721.html
Belaruslu milli qəhrəmanımız anıldı
Belaruslu milli qəhrəmanımız anıldı
Sputnik Azərbaycan
Anatoli Davidoviç 1992-ci ildə Ağdamın işğalçılardan müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə ağır yaralanıb, iyunun 13-də Bakı şəhər Mərkəzi Hospitalında... 08.10.2021, Sputnik Azərbaycan
2021-10-08T16:06+0400
2021-10-08T16:06+0400
2021-10-08T16:07+0400
milli qəhrəman
cəmiyyət
səfirlik
belarus
anım
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434018629_0:62:1200:737_1920x0_80_0_0_477b4ae8f7e332cfe150946705f69e51.jpg
BAKI, 8 oktyabr — Sputnik. Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə əlaqədar Belarusun Slutsk şəhərində Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin xatirəsi anılıb. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Silahlı Qüvvələrin Belarusdakı hərbi attaşesi polkovnik Elşən Rəhimov və səfirliyin nümayəndə heyəti 1992-ci ilin iyununda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Anatoli Davidoviçin məzarını ziyarət edib, səfirlik adından şəhidin məzarı önünə əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.Səfirliyin əməkdaşları Milli Qəhrəmanın Slutskda yaşayan anası Kima Davidoviçi də ziyarət ediblər. Görüşdə qəhrəmanın şücaəti, gənclik və xidmət illəri xatırlanıb. Vurğulanıb ki, 1992-ci ilin iyunun 13-də döyüşlərin birində qəhrəmancasına həlak olan mayor A.Davidoviçin şücaəti Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirib, xatirəsi isə hər iki ölkədə daim ehtiramla yad olunur.Kima Andreyevna da öz növbəsində oğlunun xatirəsinə olan ehtirama və özünə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan dövlətinə səfirliyin və ölkəmizin Belarusdakı hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.Səfər çərçivəsində Ü.Baxşəliyev Slutsk şəhərinin rəhbəri Andrey Yankeviçlə də görüşüb.Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kаpıl rayonunun Skabin kəndində hərbçi ailəsində doğulub. Sonra ailəsi ilə birlikdə Slutsk şəhərinə köçən Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib. 1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət edib. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan Ordusu ilə bağlayır. "N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi vəzifəsini daşıyıb. 1992-ci ildə Ağdamın işğalçılardan müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə Anatoli ağır yaralanır, onu xilas etmək mümkün olmur. Anatoli Davidoviç 13 iyun 1992-ci ildə Bakı şəhər Mərkəzi Hospitalında vəfat edir. Mayor Anatoli Davidoviç Belarus Respublikasının Slutsk şəhərində dəfn edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/08/434018629_68:0:1133:799_1920x0_80_0_0_3e8e4297d5490682fe3427b96e74eaca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
milli qəhrəman, səfirlik, belarus, anım
milli qəhrəman, səfirlik, belarus, anım
Belaruslu milli qəhrəmanımız anıldı
16:06 08.10.2021 (Yenilənib: 16:07 08.10.2021) Anatoli Davidoviç 1992-ci ildə Ağdamın işğalçılardan müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə ağır yaralanıb, iyunun 13-də Bakı şəhər Mərkəzi Hospitalında vəfat edib.
BAKI, 8 oktyabr — Sputnik. Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə əlaqədar Belarusun
Slutsk şəhərində Birinci Qarabağ müharibəsinin iştirakçısı,
Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin xatirəsi anılıb. Bu barədə
Sputnik Azərbaycan-a
Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Silahlı Qüvvələrin Belarusdakı hərbi attaşesi polkovnik Elşən Rəhimov və səfirliyin nümayəndə heyəti 1992-ci ilin iyununda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Anatoli Davidoviçin məzarını ziyarət edib, səfirlik adından şəhidin məzarı önünə əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.
Səfirliyin əməkdaşları Milli Qəhrəmanın Slutskda yaşayan anası Kima Davidoviçi də ziyarət ediblər. Görüşdə qəhrəmanın şücaəti, gənclik və xidmət illəri xatırlanıb. Vurğulanıb ki, 1992-ci ilin iyunun 13-də döyüşlərin birində qəhrəmancasına həlak olan mayor A.Davidoviçin şücaəti Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirib, xatirəsi isə hər iki ölkədə daim ehtiramla yad olunur.
Kima Andreyevna da öz növbəsində oğlunun xatirəsinə olan ehtirama və özünə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan dövlətinə səfirliyin və ölkəmizin Belarusdakı hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.
Səfər çərçivəsində Ü.Baxşəliyev Slutsk şəhərinin rəhbəri Andrey Yankeviçlə də görüşüb.
Anatoli Davidoviç 28 mart 1965-ci ildə Belarus Respublikasının Minsk vilayətinin Kаpıl rayonunun Skabin kəndində hərbçi ailəsində doğulub. Sonra ailəsi ilə birlikdə Slutsk şəhərinə köçən Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib. 1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət edib. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan Ordusu ilə bağlayır. "N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi vəzifəsini daşıyıb. 1992-ci ildə Ağdamın işğalçılardan müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə Anatoli ağır yaralanır, onu xilas etmək mümkün olmur. Anatoli Davidoviç 13 iyun 1992-ci ildə Bakı şəhər Mərkəzi Hospitalında vəfat edir. Mayor Anatoli Davidoviç Belarus Respublikasının Slutsk şəhərində dəfn edilib.