CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda "Sertifikatlaşdırılmış qonaqpərvərlik təlimi" keçirilib

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçidKafedə boş masalar, arxiv şəkli
Kafedə boş masalar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2021
Abunə olmaq
Təşkilatın təhsil və peşəkar sertifikat proqramları, qonaqpərvərlik sektorunun bacarıq və biliklərinə görə tanınan mütəxəssisləri tərəfindən təlim və sənayedə geniş şəkildə tanınan sertifikatlar təqdim edilir.
BAKI, 8 oktyabr — Sputnik. Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) nəzdindəki Turizm Təlim və Sertifikasiya Mərkəzinin təlimçilərinə "Sertifikatlaşdırılmış qonaqpərvərlik təlimi" mövzusunda təlim keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Büro məlumat yayıb.
Məlumata görə, təlim Amerika Hotel və Yerləşdirmə İnstitutu (AHLEI) ilə əməkdaşlıq çərçivəsində baş tutub. Təlimdə ölkənin 17 turizm sənayesi nümayəndəsi, o cümlədən tanınmış hotelləri, ATB və Azərbaycan Hotel Assosiasiyasının nümayəndələri iştirak ediblər.
Kursu peşəkar təlimçi və Azərbaycan Turizm və Menecment Universiteti üçün də xüsusi təhsil və sertifikatlaşdırma layihələri üzərində işləmiş Corc Abbelohd keçib.
Keyfiyyətin yüksəldilməsinə xidmət edən təlimdə təlimçilərin təlim prosesi zamanı hər bir addımı necə idarə etmələrindən bəhs olunub.
Amerika Hotel və Yerləşdirmə İnstitutu hazırda 2 000-dən çox universitet, kollec, peşə məktəbi, 16 500-dən çox mehmanxana və hökumət təşkilatları ilə əməkdaşlıq edir. Təşkilatın təhsil və peşəkar sertifikat proqramları, qonaqpərvərlik sektorunun bacarıq və biliklərinə görə tanınan mütəxəssisləri tərəfindən təlim və sənayedə geniş şəkildə tanınan sertifikatlar təqdim edilir.
Turizm Təlim və Sertifikasiya Mərkəzi 2020-ci ilin iyul ayında təsis edilib. Mərkəzin əsas missiyası innovativ tədris metodları ilə sənaye nümayəndələrini və dövlət rəsmilərini təlimə cəlb etməklə turizm sənayesində xidmət keyfiyyətini yaxşılaşdırmaq, eləcə də ölkədə turizm haqqında məlumatlılığı artırmaq və turizm sektorunda məşğulluğa töhfə vermək üçün təlimlər təşkil etməkdir.
Mərkəz təsis edildiyi gündən etibarən 30 təlim keçərək 476 nəfəri məzun edib və 330 nəfərə sertifikat təqdim edib.
Xəbər lenti
0