https://sputnik.az/20211007/polis-iki-silahli-sexsi-saxlayib-433966793.html
Polis iki silahlı şəxsi saxlayıb
Polis iki silahlı şəxsi saxlayıb
Sputnik Azərbaycan
Bərdə rayon sakini keçirilən təxirəsalınmaz tədbir nəticəsində Abşeron rayonu Xırdalan şəhərində saxlanılıb. 07.10.2021, Sputnik Azərbaycan
2021-10-07T12:10+0400
2021-10-07T12:10+0400
2021-10-07T12:10+0400
polis
azərbaycan xəbərləri
cinayətkar
silahlı
baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi
https://cdnn1.img.sputnik.az/img/41358/95/413589559_0:65:2001:1190_1920x0_80_0_0_b074aa5ba7971d5c9a981abacedb2fe7.jpg
BAKI, 7 oktyabr — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyatlar həyata keçirilib.Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş İdarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Bərdə rayon sakini Babək İsbəndiyarovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Abşeron rayonu Xırdalan şəhərində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 3 ədəd patron aşkar olunaraq götürülüb.Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məzahir Aslanov isə yaşadığı Şirvan şəhərində saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar olunaraq götürülüb.Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Babək İsbəndiyarov və Məzahir Aslanov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41358/95/413589559_0:0:1707:1280_1920x0_80_0_0_bf9c1d2436876cd7d877296080c7c9eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
polis, cinayətkar, silahlı, baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi
polis, cinayətkar, silahlı, baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi
Polis iki silahlı şəxsi saxlayıb
Bərdə rayon sakini keçirilən təxirəsalınmaz tədbir nəticəsində Abşeron rayonu Xırdalan şəhərində saxlanılıb.
BAKI, 7 oktyabr — Sputnik. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş İdarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Bərdə rayon sakini Babək İsbəndiyarovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Abşeron rayonu Xırdalan şəhərində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 3 ədəd patron aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məzahir Aslanov isə yaşadığı Şirvan şəhərində saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd revolver tipli tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Babək İsbəndiyarov və Məzahir Aslanov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.