Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclis koronavirusla bağlı vəziyyəti və vaksinasiya məsələsini müzakirə edir

© Sputnik / Murad OrujovMilli Məclisin iclası, arxiv şəkli
Milli Məclisin iclası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Abunə olmaq
Səhiyyə komitəsinin sədri pandemiya ilə mübarizədə ölkəmizdəki vəziyyətin başqa dövlətlərlə müqayisədə çox yaxşı olduğunu söyləyib.
BAKI, 7 oktyabr — Sputnik. Oktyabrın 7-də Milli Məclisin Səhiyyə komitəsi tərəfindən ölkəmizdə koronavirus infeksiyası (COVID-19) ilə bağlı mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlərlə bağlı dinləmə keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Milli Məclisin sədrinin müavini Adil Əliyev, komitə sədrləri, deputatlar, səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik Hüquqi Şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Qurbanov, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva, Səhiyyə Nazirliyinin baş infeksionist eksperti Təyyar Eyvazov və digər mütəxəssislər iştirak edirlər.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisdə bu cür dinləmələrin keçirilməsinin artıq ənənə halını aldığını deyib. O, pandemiya ilə mübarizədə ölkəmizdəki vəziyyətin başqa dövlətlərlə müqayisədə çox yaxşı olduğunu söyləyib.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə bu sahədə vaxtında qabaqlayıcı tədbirlər görülüb. Lakin ehtiyatı əldən vermək olmaz, çünki koronavirus (COVID-19) daim mutasiyaya uğrayır. Ona görə də bu virusla mübarizəni nəzarətdə saxlamaq lazımdır.
Milli Məclis sədrinin müavini Adil Əliyev koronavirusla mübarizə sahəsində ölkəmizdə görülən ümumi işlərlə bağlı məruzə ilə çıxış edib.
Xəbər lenti
0