Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub

© Sputnik / Irade JELILYanacaqdoldurma məntəqəsinin qiymət tablosu
Yanacaqdoldurma məntəqəsinin qiymət tablosu - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Abunə olmaq
BAKI, 7 oktyabr — Sputnik. Lənkəran rayonunda maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə basqın ediblər.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Girdəni kəndində qeydə alınıb.
Məlumata görə, basqınçılar üç nəfər olub. Onlardan biri əlində kustar üsulla hazırlanmış kəsici-deşici alətlə dispeçer otağına soxulub və pulları qarət etmək istəyib. Yanacaqdoldurma məntəqəsinin digər əməkdaşı yoldaşına kömək edərək pulların qarət olunmasına mane olub. Nəticədə tərəflər arasında dava düşüb. Bu zaman Girdəni kənd sakini, 1983-cü il təvəllüdlü Amid Şakir oğlu Kərimov baş, əl və qarın nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralı Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata alınıb.
Basqın edən şəxslər isə hadisə yerindən qaçaraq uzaqlaşıblar. Onların kimliyinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0