CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı protokol imzalanıb

© Official website of President of Azerbaijan RepublicBakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimi, arxiv şəkli
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Abunə olmaq
Rəşad Nəbiyev Gürcüstan və Türkiyəndən olan həmkarları ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafı məsələsini müzakirə edib.
BAKI, 7 oktyabr — Sputnik. Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İstanbulda keçirilən beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurası çərçivəsində Gürcüstan və Türkiyəndən olan həmkarları ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafı məsələsini müzakirə edib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rəşad Nəbiyev "Twitter" hesabında qeyd edib.

"Qardaş Türkiyədə beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edirik. Tədbir çərçivəsində keçirilmiş toplantıda Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair üçtərəfli görüşün protokolu imzalandı", - deyə R.Nəbiyev bildirib.

Xəbər lenti
0