CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın əməkdar rəssamı vəfat edib

© pixabay / NoirƏklil
Əklil - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Abunə olmaq
BAKI, 7 oktyabr - Sputnik. Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın Əməkdar rəssamı, heykəltəraş Namiq Dadaşov vəfat edib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, rəssam 76 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Namiq Dadaşov 1945-ci ildə anadan olub. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. O, bir çox beynəlxalq sərgilərin, həmçinin, fərdi və qrup sərgilərinin iştirakçısı olub. Əsərləri Gürcüstan, Hollandiya, İtaliya, İngiltərə, Türkiyə, Fransa və digər ölkələrdə sərgilənib.
Xəbər lenti
0