https://sputnik.az/20211007/azerbaycan-ve-ermenistan-xn-rehberlerinin-novbeti-gorusu-istisna-edilmir---resmi-433962611.html
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü istisna edilmir - rəsmi
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü istisna edilmir - rəsmi
Sputnik Azərbaycan
Leyla Abdullayeva: biz postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab... 07.10.2021, Sputnik Azərbaycan
2021-10-07T10:31+0400
2021-10-07T10:31+0400
2021-10-07T10:33+0400
siyasət
görüş
xin mətbuat xidməti
xin
nazirlər
rəsmi
https://cdnn1.img.sputnik.az/img/41862/33/418623367_0:78:1500:922_1920x0_80_0_0_60348c9060384e83d217ab54b46f533d.jpg
BAKI, 7 oktyabr — Sputnik. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib. Sputnik Azərbaycan xəbər verir ki, XİN rəsmisi Azərbaycan tərəfinin hər zaman dialoqa açıq olduğunu deyib.O qeyd edib kİ, Azərbaycan hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir:Daha sonra XİN rəsmisi bildirib ki, Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, hazırkı mərhələdə 3 dövlətin liderləri tərəfindən imzalanmış birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir:
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41862/33/418623367_84:0:1417:1000_1920x0_80_0_0_732ed6621eb79705c993be3f4353deba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
görüş, xin mətbuat xidməti, xin, nazirlər, rəsmi
görüş, xin mətbuat xidməti, xin, nazirlər, rəsmi
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü istisna edilmir - rəsmi
10:31 07.10.2021 (Yenilənib: 10:33 07.10.2021) Leyla Abdullayeva: biz postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik.
BAKI, 7 oktyabr — Sputnik. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi
Leyla Abdullayeva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
Sputnik Azərbaycan xəbər verir ki, XİN rəsmisi Azərbaycan tərəfinin hər zaman dialoqa açıq olduğunu deyib.
O qeyd edib kİ, Azərbaycan hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir:
"Münaqişə sonrası mərhələdə Ermənistan tərəfi ilə danışıqlara hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Biz postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik. Bir müddət öncə Nyu-Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik".
Daha sonra XİN rəsmisi bildirib ki, Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, hazırkı mərhələdə 3 dövlətin liderləri tərəfindən imzalanmış birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir:
"Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasıyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması, bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər".