https://sputnik.az/20211007/avstraliyadaki-azerbaycan-diasporu-beyanat-yayib-433990006.html
Avstraliyadakı Azərbaycan diasporu bəyanat yayıb
Avstraliyadakı Azərbaycan diasporu bəyanat yayıb
Sputnik Azərbaycan
Soydaşlarımız naziri və digər siyasətçiləri Avstraliyada etnik nifrət aşılayan təxribat xarakterli mövqedən əl çəkməyə çağırıblar. 07.10.2021, Sputnik Azərbaycan
2021-10-07T17:48+0400
2021-10-07T17:48+0400
2021-10-07T17:48+0400
avstraliya
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427385276_0:0:3206:1804_1920x0_80_0_0_d8b7ef23b51c88baff68e38c13cc0bfc.jpg
BAKI, 7 oktyabr — Sputnik. Avstraliya-Azərbaycan Assosiasiyası (AAA) bu ölkənin bəzi siyasətçilərinin Azərbaycan icmasına qarşı ayrı-seçkilik siyasəti yürütməsinə etirazını bildirib.Diasporla İş üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu barədə Assosiasiyanın sədri Mikayıl Oytanın ölkənin Yeni Cənubi Uels (NSW) inzibati ərazisinin millət vəkili və rabitə naziri Pol Fletçerə ünvanladığı məktubda söz açılıb.Qeyd edilib ki, dövləti təmsil edən Pol Fletçerin də bu prosesdə fəal iştirak etməsi Azərbaycan icmasını kədərləndirir və məyus edir. Çünki bu, bir tərəfdən federal hökümətin mövqeyi və ölkənin multikultural dəyərləri ilə ziddiyyət təşkil edir, digər tərəfdən isə Azərbaycan və erməni icmaları arasında gərginliyin yaşanması ilə nəticələnir.Məktubda Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycanın Qarabağ bölgəsini işğal etdiyi, azərbaycanlılara qarşı qanlı etnik təmizləmə siyasəti yürütdüyü, ötən illər ərzində Ermənistanın qanlı münaqişəsi səbəbindən Avstraliyaya miqrasiya edən azərbaycanlıların birtərəfli mövqe sərgiləyən bəzi yerli siyasətçilərin qızışdırıcı mövqeyi nəticəsində burada da rahatlıq tapa bilmədikləri nəzərə çatdırılıb.Soydaşlarımız naziri və digər siyasətçiləri Avstraliyada etnik nifrət aşılayan təxribat xarakterli mövqedən əl çəkməyə çağırıb, doğma vətənləri hesab etdikləri Avstraliyada bütün icmalara multikultural ruhda yanaşılmasını tələb ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427385276_273:0:3004:2048_1920x0_80_0_0_1ebeeaa8708303d7531a0a68b9919bc4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
avstraliya
Avstraliyadakı Azərbaycan diasporu bəyanat yayıb
Soydaşlarımız naziri və digər siyasətçiləri Avstraliyada etnik nifrət aşılayan təxribat xarakterli mövqedən əl çəkməyə çağırıblar.
BAKI, 7 oktyabr — Sputnik. Avstraliya-Azərbaycan Assosiasiyası (AAA) bu ölkənin bəzi siyasətçilərinin Azərbaycan icmasına qarşı ayrı-seçkilik siyasəti yürütməsinə etirazını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, bu barədə Assosiasiyanın sədri
Mikayıl Oytanın ölkənin Yeni Cənubi Uels (NSW) inzibati ərazisinin millət vəkili və rabitə naziri
Pol Fletçerə ünvanladığı məktubda söz açılıb.
Qeyd edilib ki, dövləti təmsil edən Pol Fletçerin də bu prosesdə fəal iştirak etməsi Azərbaycan icmasını kədərləndirir və məyus edir. Çünki bu, bir tərəfdən federal hökümətin mövqeyi və ölkənin multikultural dəyərləri ilə ziddiyyət təşkil edir, digər tərəfdən isə Azərbaycan və erməni icmaları arasında gərginliyin yaşanması ilə nəticələnir.
Məktubda Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycanın Qarabağ bölgəsini işğal etdiyi, azərbaycanlılara qarşı qanlı etnik təmizləmə siyasəti yürütdüyü, ötən illər ərzində Ermənistanın qanlı münaqişəsi səbəbindən Avstraliyaya miqrasiya edən azərbaycanlıların birtərəfli mövqe sərgiləyən bəzi yerli siyasətçilərin qızışdırıcı mövqeyi nəticəsində burada da rahatlıq tapa bilmədikləri nəzərə çatdırılıb.
Soydaşlarımız naziri və digər siyasətçiləri Avstraliyada etnik nifrət aşılayan təxribat xarakterli mövqedən əl çəkməyə çağırıb, doğma vətənləri hesab etdikləri Avstraliyada bütün icmalara multikultural ruhda yanaşılmasını tələb ediblər.