https://sputnik.az/20211007/avropanin-kino-maliyye-fondlarinin-illik-gorusunde-azerbaycan-da-istirak-edir-433954175.html
Avropanın kino maliyyə fondlarının illik görüşündə Azərbaycan da iştirak edir
Avropanın kino maliyyə fondlarının illik görüşündə Azərbaycan da iştirak edir
Sputnik Azərbaycan
MEDICI platforması "Eurimages" da daxil olmaqla, Avropanın ən böyük film maliyyə fondlarını özündə birləşdirir. Audiovizual sektorun əsas problemlərinin... 07.10.2021, Sputnik Azərbaycan
2021-10-07T08:01+0400
2021-10-07T08:01+0400
2021-10-07T08:01+0400
kino
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991205_0:143:3135:1906_1920x0_80_0_0_bd35ae2fce4b15d0f08a94760cc46d32.jpg
BAKI, 6 oktyabr — Sputnik. Oktyabrın 6-8-i tarixlərində Yunanıstanın Afina şəhərində "10-cu MEDICI – Film Fondları səyahəti" adlı tədbir keçirilir. Hər il audiovizual sahə üzrə Avropanın ən böyük maliyyə fondlarını bir araya toplayan platformada bu dəfə Azərbaycan da iştirak edir.Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə Azərbaycanı Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsi təmsil edəcək.MEDICI platforması "Eurimages" da daxil olmaqla, Avropanın ən böyük film maliyyə fondlarını özündə birləşdirir. Audiovizual sektorun əsas problemlərinin müzakirə edildiyi bu məkanda yeni yanaşmalar təhlil edilir, media siyasəti formalaşdırılır. MEDICI platforması çərçivəsində seminarlar, panellər, konfranslar keçirilir, audiovizual məzmunun inkişafına, istehsalına və dövriyyəsinə dəstək verən bütün ictimai maliyyəçilər üçün açıq peşə təhsili tətbiq edilir.2021-ci ilin MEDICI görüşündə ictimai film maliyyəçilərinin əsas istiqamətləri üzrə post-pandemiya dövründə ortaya çıxan yeni yanaşmalar və yaranmış problemlər müzakirəyə çıxarılacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991205_201:0:2932:2048_1920x0_80_0_0_d29f52033ae57e6ee99824024f7102f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kino
Avropanın kino maliyyə fondlarının illik görüşündə Azərbaycan da iştirak edir
MEDICI platforması "Eurimages" da daxil olmaqla, Avropanın ən böyük film maliyyə fondlarını özündə birləşdirir. Audiovizual sektorun əsas problemlərinin müzakirə edildiyi bu məkanda yeni yanaşmalar təhlil edilir, media siyasəti formalaşdırılır.
BAKI, 6 oktyabr — Sputnik. Oktyabrın 6-8-i tarixlərində Yunanıstanın Afina şəhərində "10-cu MEDICI – Film Fondları səyahəti" adlı tədbir keçirilir. Hər il audiovizual sahə üzrə Avropanın ən böyük maliyyə fondlarını bir araya toplayan platformada bu dəfə Azərbaycan da iştirak edir.
Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə Azərbaycanı Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsi təmsil edəcək.
MEDICI platforması "Eurimages" da daxil olmaqla, Avropanın ən böyük film maliyyə fondlarını özündə birləşdirir. Audiovizual sektorun əsas problemlərinin müzakirə edildiyi bu məkanda yeni yanaşmalar təhlil edilir, media siyasəti formalaşdırılır.
MEDICI platforması çərçivəsində seminarlar, panellər, konfranslar keçirilir, audiovizual məzmunun inkişafına, istehsalına və dövriyyəsinə dəstək verən bütün ictimai maliyyəçilər üçün açıq peşə təhsili tətbiq edilir.
2021-ci ilin MEDICI görüşündə ictimai film maliyyəçilərinin əsas istiqamətləri üzrə post-pandemiya dövründə ortaya çıxan yeni yanaşmalar və yaranmış problemlər müzakirəyə çıxarılacaq.