DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropada təbii qazın qiyməti kəskin şəkildə aşağı düşdü

© AP Photo / Joerg SarbachQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Abunə olmaq
Ticarət sessiyasının əvvəlində noyabr ayı üçün qaz əqdlərinin dəyəri yüksək olsa da, bir neçə saat sonra "mavi yanacağın" 1000 kubmetrinə görə qiymət 981 dollara qədər enib.
BAKI, 7 oktyabr — Sputnik. Avropada təbii qazın qiyməti oktyabrın əvvəlindən ilk dəfə olaraq min kubmetr üçün 1000 dollardan aşağı düşüb. Bu barədə RİA Novosti "ICE Futures"-ın məlumatlarına istinadla xəbər yayıb.
Ticarət sessiyasının əvvəlində Hollandiyanın TTF hablarında noyabr ayı üçün qaz əqdlərinin qiyməti əvvəl 1000 kubmetrə görə 1260 dollar olub, Bakı vaxtı ilə 08:13-də 1370 dollara qədər artıb, 09:22-də isə 981,1 dollara qədər azalıb. Bu da əvvəlki günlə müqayisədə (1300 dollar) 24 faiz aşağıdır.
Bununla belə, Bakı vaxtı ilə təxminən 09:34-də təbii qazın dəyərində yenidən artım müşahidə olunub və qiymət 1000 kubmetr üçün 1079,5 dollar təşkil edib.
Qeyd edək ki, sentyabrın ortalarından etibarən Avropada "mavi yanacağın" dəyəri günbəgün artaraq tarixi maksimuma çatıb.
Ekspertlər belə hesab edirlər ki, "köhnə qitə"də təbii qazın qiymətinin qalxmasına, əsasən, hava şəraiti, sıxlaşdırılmış yanacağın tədarükünün azalması və istilik mövsümü ərəfəsində anbarlardakı qaz çatışmazlığı səbəb olub. Bununla belə, qiymət artımında "spekulyativ" amillər də öz rolunu oynayıb.
Xəbər lenti
0