https://sputnik.az/20211006/zaqatala-meshebeyi-cinayet-ishi-433926278.html
Zaqatalada meşəbəyi barəsində cinayət işi başlanıb
Zaqatalada meşəbəyi barəsində cinayət işi başlanıb
Sputnik Azərbaycan
Ağacların qanunsuz kəsilməsi barədə daxil olan material əsasında rayon Prokurorluğunda araşdırma aparılıb. 06.10.2021, Sputnik Azərbaycan
2021-10-06T10:41+0400
2021-10-06T10:41+0400
2021-10-06T10:41+0400
ağac
hadisə
zaqatala
ağacların kəsilməsi
meşəbəyi
https://cdnn1.img.sputnik.az/img/42360/41/423604176_0:317:3078:2048_1920x0_80_0_0_66d23b0c992164c8060512de4fff1a31.jpg
BAKI, 6 oktyabr — Sputnik. Zaqatala rayonunda meşəbəyiyə cinayət işi başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a rayon prokurorluğundan məlumat verilib.Bildirilib ki, Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olan material əsasında rayon Prokurorluğunda araşdırma aparılıb.Araşdırmalarla Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin meşəbəyi Fazil Cumayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2021-ci ilin may ayının əvvəllərində xidmət etdiyi xüsusi mühafizə olunan Əliabad meşəbəyliyinin 7 saylı dolayının 16-cı kvartalında yerləşən 11 ədəd müxtəlif növ ağacı meşə gözətçisinin xəbəri olmadan kəsməsi nəticəsində təbiətə 8 min 792 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edildiyindən rayon prokurorluğu tərəfindən Fazil Cumayev barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işi başlanıb.Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42360/41/423604176_347:0:3078:2048_1920x0_80_0_0_1c670ec2ce190dfa3cc13f124dc7f1f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ağac, zaqatala, ağacların kəsilməsi, meşəbəyi
ağac, zaqatala, ağacların kəsilməsi, meşəbəyi
Zaqatalada meşəbəyi barəsində cinayət işi başlanıb
Ağacların qanunsuz kəsilməsi barədə daxil olan material əsasında rayon Prokurorluğunda araşdırma aparılıb.
BAKI, 6 oktyabr — Sputnik. Zaqatala rayonunda meşəbəyiyə cinayət işi başlanılıb. Bu barədə
Sputnik Azərbaycan-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olan material əsasında rayon Prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin Əliabad meşəbəyliyinin meşəbəyi Fazil Cumayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2021-ci ilin may ayının əvvəllərində xidmət etdiyi xüsusi mühafizə olunan Əliabad meşəbəyliyinin 7 saylı dolayının 16-cı kvartalında yerləşən 11 ədəd müxtəlif növ ağacı meşə gözətçisinin xəbəri olmadan kəsməsi nəticəsində təbiətə 8 min 792 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edildiyindən rayon prokurorluğu tərəfindən Fazil Cumayev barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.